Ermənistan yeni terror təşkilatının əsasını qoyur
14:24 08-04-2014
İQTİSADİYYAT
Ermənistan yeni terror təşkilatının əsasını qoyur
1500 nəfərlik yaraqlı erməni lobbisinin sabah vuran əli olacaq
Azərbaycandan radikal dini qruplaşmaların üzvləri olan şəxslərin Suriyaya döyüşlərə getdiyi sirr deyil və bu fakt kifayət qədər gərginliklər yaradır. Çünki bu şəxslər potensial terrorçu olma imkanları qazanırlar və sabah onların Azərbaycana qayıtması ciddi fəsadlar yaradacaq.
Məhz buna görə də qanunvericilikdə müvafiq dəyişikliklər edildi və bundan sonra qeyri-qanuni yolla başqa dövlətlərdə döyüşən şəxslər terrorçu kimi qəbul olunacaq və onları ağır cəza gözləyir. Bu arada isə aydın olub ki, Suriyada həmçinin ermənilər döyüşür və bu günlərdə 1500 nəfərlik erməni yaraqlısı Dağlıq Qarabağdan Suriyaya gediblər. Belə ki, Suriyanın ikinci ən iri liman şəhəri olan Tartusak erməni yaraqlılarından ibarət desant çıxarılıb.Bu barədə məlumat Hələbdə döyüşən yaraqlı qruplaşması "Əl-Təvhid Briqadası" tərəfindən qruplaşmanın internet saytında yayılıb. Tartus Latakiyədən sonra Suriyanın ikinci ən iri liman şəhəridir və orada Rusiya hərbi-dəniz bazası yerləşir."Əl-Təvhid Briqadası" Qarabağ ermənilərindən ibarət yaraqlı dəstəsinin Tartusa gəlişini bu anonsla çatdırıb: "Xristin ordusu Suriya torpağına yeridildi"."Əl-Təvhid Briqadası" Suriyada Əsəd rejiminə qarşı döyüşən ən iri qruplaşmalardan biridir və onun tərkibində 10 minə yaxın yaraqlı var. Ermənilərin də sıx yaşadığı Hələb şəhərinə bu qruplaşma nəzarət edir. Suriya erməniləri Bəşər Əsəd rejiminin tərəfindədir və bu üzdən müxaliflər onları da hədəfə alır.Xatırladaq ki, bundan əvvəl Ermənistan parlamentinin qarabağlı üzvü, keçmiş səhra komandiri və müharibə veteranı Vaan Bədəsyan Suriyanın Türkiyə ilə sərhəd Kasab qəsəbəsinin "İraq Şam İslam Dövləti" qruplaşmasının yaraqlıları tərəfindən ələ keçirilməsinə və ermənilərin oradan çıxarılmasına cavab olaraq Suriyaya Qarabağdan erməni könüllülərin göndəriləcəyini bildirib.Vaan Bədəsyan 150 erməni könüllünün Kasab ermənilərini müdafiə etmək üçün Suriyaya göndəriləcəyini bildirmişdi. Lakin belə görünür ki, söhbət 10 dəfə artıq yaraqlıdan gedir. Vaan Bədəsyan demişdi ki, 150 nəfərlik qrupu Suriyanın Latakiyə şəhərinə göndərmək üçün maliyyə vəsaiti yoxdur, lakin onlardan azsaylı qrup tezliklə Suriyaya göndəriləcək. Deputatın bildirdiyinə görə, söhbət döyüş təcrübəsi olan adamlardan gedir.Maraqldır, bəs ermənilərin Suriyada döyüşməsi Azərbaycan və Ermənistan üçün hansı fəsadları yarada bilər? Ekspertlər hesab edir ki, Suriyada azərbaycanlılarla ermənilərin döyüşməsinin statusu fərqlidir. Nəyə görə? İlk növbədə o səbəbdən ki, azərbaycanlıların Suriyada döyüşməsni hansısa dini qruplaşmalar təşkil edir və onların məqsədi İslam xilafəti yaratmaqdır və sabah onlar Azərbaycana gələndən sonra da xilafət yaratmaq iddiası ilə konkret terror birləşmələri yaradacaqlar. Buna görə də Azərbaycanın məsələyə yanaşması fərqlidir. Digər tərəfdən ermənilərə gəldikdə isə bu gün Suriyada kifayət qədər erməni yaşayır və onlar əslində ermənilərin müdafiəsi üçün Suriyaya gediblər. Yəni ortada hansısa dini maraq yoxdur. Başqa bir tərəfdən Ermənistan hər zaman leqal ordu ilə qeyri-leqal erməni terror təşkilatlarının vəhdətini yaratmağa çalışıblar və bu gün Suriyaya göndərilən 1500 nəfər tək hərbçi yox, həm də gələcəyin terror təşkilatlarının üzvləridir. Bunu da qeyd edək ki, öncələr terror təşkilatı missiyasını Daşnaksütyun partiyası öz üzərinə götürmüşdü və Qarabağda vuruşan bu yaraqlılar partiyanın bir qoluna çevrilmişdilər. Amma sonradan hakimiyyətlə aralarında problem yarandığına görə bu qruplaşmalar sıradan çıxarıldı və terrora meyilli qüvvələr Ermənistanın təhlükəsizlik qüvvələrinin nəzarətinə keçdi. Amma bir il öncə Avropa erməni lobbisi dövlətdən kənarda Könüllü Erməni Ordusu yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Həmin zaman ekspertlər bildirdilər ki, belə bir adda yeni terror təşkilatının yaradılması həm də lobbinin kəsərliliyinin azalması ilə bağlıdır.Belə ki, xarici ölkələrdə yaşayan iş adamları, elm adamları daha erməni lobbisinə pul ayırmaqdan imtina
edirlər. Məsələn, tanınmış musiqiçi Şarl Aznavur açıq şəkildə bəyan etdi ki, daha erməni lobbisinə pul verməyəcək. Çünki bu pullar sonra kimlərsə tərəfindən sadəcə olaraq mənimsənilir. Bunu da qeyd edək ki, erməni lobbisi bunun kütləviləşəcəyindən qorxduğu üçün belə bir təşkilat yaratmaqla iş adamlarını gərginlikdə saxlamağa çalışırdı. Bu gün isə Suriyaya göndərilən bu yaraqlı dəstə sabah erməni lobbisinin vuran əli olacaq. Ekspertlər hesab edir ki, Suriyaya göndərilən bu yaraqlılar sabah Azərbaycan üçün də ciddi problemlər yarada bilər. Çünki bu qruplaşma real divversiya qruplaşması kimi formalaşdırılır və real döyüş təcrübəsi keçməklə güclərini daha da artıracaqlar. Əgər sağ qala bilsələr.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53