Azərbaycanın bitməyən çimərlik dərdi
14:25 08-04-2014
İQTİSADİYYAT
Azərbaycanın bitməyən çimərlik dərdi
Ekspet: "Bazar iqtisadiyyatı Xəzər dənizinin sahillərinin pullu olması demək deyil"
Elə ki, isti yay günləri başlayır, çoxumuz sərinləmək üçün Xəzərin sahillərinə - çimərliklərə üz tuturuq. Amma son illərdə dənizin sahil zolağının hissə-hissə zəbt olunması istirahətə gələnlərin ovqatını pozur, çimərliyə girişin pullu olması isə ciddi giley-güzar yaradır. Axı, dəniz tək-tək adamların yox, xalqın sərvətidir.
ans-press-in verdiyi məlumata görə, dəniz sahilini özəl torpaq kimi zəbt etmək, hasarlamaq halal haqqımızı mənimsəmək deməkdir. Heç uzağa getməyək. Bakının Şıx, Novxanı çimərliklərində belə qanunsuz hallarla tez-tez üzləşmək olur. Adları çəkilən çimərliklərə bir nəfərin girişinə ən azı 3 manat tələb edirlər. Digər obyektlərin xidmətlərindən də istifadə etsən, 20-25 manatından keçməlisən. Əgər bir neçə saatlıq çətirdən faydalansan, 5 manat ödəməlisən. Kiçik çay dəstgahının da qiyməti fərqlidir - ən azı 10 manata başa gəlir...
Şəhər sakinlərindən aldığımız sorğular da dediklərimizi təsdiq edir. Paytaxt sakinlərinin əksəriyyəti hesab edir ki, bakılılar pulsuz başa gələn çimərliklərdən istifadə etmək huququna malikdirlər. Təbii ki, isti yay aylarında sadə insanları yalnız Xəzərin hansısa hissəsində sərinləmək düşündürür. Onlar üçün çimərliklərdə fəaliyyət göstərən kafe, restoran, attraksion və başqa şeylər maraqlı deyil, çünki belə qəbildən olan insanlar dəniz qırağında qarpızla pendir çörək yeməyi 5 manata başa gələn bir şiş kababdan üstün tuturlar. Ancaq bu xarakterik hal əhalinin bütün qismi üçün keçərli deyil, bahalı çiməkliklərdə bahalı çimərlik paltarlarını, bahalı maşınlarını, bahalı eynəklərini nümayiş etdirmək istəyənlərin də sayı az deyil, hətta deyərdik ki, belələrinin sayı günbəgün artır. Bu da Azərbaycan iqtisadiyyatınnın çiçəklənməsindən irəli gəlir. Ancaq bu, o demək deyil ki, Xəzər sahilləri hasarlansın və az maaşla, müavinətlə, pensiya ilə yaşayanlar çimmək hüquqlarından məhrum edilsinlər.
İndi əminliklə demək olar ki, ödənişli çimərliklər Xəzər sahilimizin böyük əksəriyyətini tutub. Ancaq vaxtı ilə həmin ərazilərdə insanlar sərbəst hərəkət və istirahət edə bilirdilər. Doğrudan da dəniz kənarında yaşayaraq ailəsini istədiyi zaman dəniz kənarına apara bilməyənlərə bu, olduqca ağır gəlir. Pullu çimərliklərdə qoyulan qiymətlərdən isə danışmaq insanı mənəvi cəhətdən incidir. Yaxşı ki, Sovetlər dövründə yaşayanları pulsuz çimmək limitlərindən istifadə ediblər, müasir zamanda doğulan uşaqlara isə bu hissi izah etmək olduqca çətindir, onlar elə düşünür ki, adi yaşayış pullu olduğu kimi, Xəzərdə sərinləmək də pullu olmalıdır.
O vaxtlar Abşeronda uşaqların böyük hissəsi pioner düşərgələrdə istirahət edirdi. Və onları demək olar ki, gündə dəniz kənarına aparardılar. Məlum səbəblərdən bu düşərgələrin əksəriyyəti fəaliyyətini dayandırıb. Guman edirəm ki, vaxt gəldikcə, uşaq sağlamlıq düşərgələri inkişaf edəcək. Belə çıxır ki, hər dəfə uşaqları dəniz sahilinə gətirəndə qızmar gün altında saxlamamaq məqsədilə tərbiyyəçi onlardan çimərliklərə keçmək, yaxud çətirin kölgəsindən istifadəyə görə pul yığmalı olacaq.
Çimərliklər havayı olanda uşaqlar bir top götürüb Şıxov çimərliyinə üz tutub günlərini orada keçirərdilər. "Azneft-Şıxov" marşrutu ilə hərəkət edən avtobuslar gün ərzində çimərliyə xeyli adam çatdırardı.
Novxanıdan tutmuş Şüvələna gədər sahilyanı qəsəbələrin sakinləri və bağlarda istirahət edənlər gündə heç olmasa bir dəfə çimərliklərə getmək fürsətini əldən buraxmırdılar. Uşaqlar isə dəstə-dəstə yığışaraq həm səhər, həm də axşam vaxtlarını dəniz sahilində keçirərək sağlamlıqlarını və immunitet sistemlərini bərkidirdilər. Qışdan qalan soyuqlama fəsadlarından azad olurdular. Görəsən, indiki şəraitdə bu onlara neçəyə başa gələrdi.
Bərkə də uşaqların indi də daha tez tez xəstələnməyi çimərliklərdən istifadə imkanlarının məhdudlaşması ilə bağlıdır. Görünür, Heydər Əliyev Azərbaycan paytaxtının bütün çimərliklərinin pulsuz olması və obyektlərin çimərliklərdən yalnız müəyyən məsafədə tikilməsi haqda fərmanı imzalayarkən bu məsələni fikirləşib.
Müasir tələblərə cavab verən, yeni çimərlik avadanlıqları və attraksıonlarla təmin olunmuş bir-biri ilə əhaliyə göstərilən pullu xidmətlərin nəzakətliliyinə və sayına görə rəqabət edən çimərliklərin olması sözsüz ki, lazımdır. Lakin onlar vaxtı ilə formalaşmış, on illərlə Azərbaycan əhalisinin pulsuz istifadəsində olmuş bütün çimərliklərini "udmamalıdır". Onlar sıfırdan başlayıb yeni əraziləri abadlaşdıraraq çimərlikləri yararlı vəziyyətə gətirməklə formalaşmalıdır. Əsası odur ki, insanların seçımı olmalıdır. Sadəcə, pulsuz çimərlikdə çimib və hava qəbul etmək, ya da pullu xidmətlər olan yerlərdən istirahət, yaxud hər hansı ailə şənlik gününü qeyd etmək üçün istifadə etsin. Bu gun "vəhşi çimərlik" adlanan pulsuz çimərliklərin şəraiti, daha doğru desək, şəraitsizliyi insanslara heç bir seçim imkanı vermir. Axı kim ailəsini, uşaqlarını bu cür çimərliyə aparar.
Neçə il idi ki, Bakı şəhər İcra Hakimiyyəti sakinləri məlumatlandıraraq heç kəsin çimərlik ərazilərinə pullu giriş təyin etmək hüququna malik olmadığını və bunun qanuna zidd olduğunu bildirir. Lakin bu mövge bəzilərini qane etmədiyi ucbatından ya da ki, hakimiyyətin onlara lazım səviyyədə bunu başa sala bilmədiyindən deyilən hallar azalmır. Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər İcra Hakimiyyətin Ticarət və xidmət üzrə departamentınin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırova müraciət etdik.
Ə.Bağırov bu cür pozulma hallarının mövcüd olmasını etiraf etdi. " De-fakto çimərliklərə daxıl olanlardan pul yığma halları var. Halbuki, Bakı şəhər icra hakimiyyətinin başçısının 2011-ci ilin sərəncamına əsasən Bakı şəhəri ərazisində Xəzər dənizi sahilində olan nə gədər çimərliklər var hamısına giriş pulsuz olmalıdır. Bu məsələ ilə bağlı işimizin əsas tərəflərindən biri sərəncamın icrasını təmin etməkdir. Sərəncama görə çimərliklərdə yalnız göstərilən xidmətlər pullu ola bilər, duş və soyunma kabinaları, çətir, skuter və sair. Hər bir xidmətin qiyməti onların təqdim etdiyi zaman ödənilməlidir".
Onun sözlərinə görə, qaydaları pozanlara qarşı cərimə sanksiyaları nəzərdə tutulub: "Belə faktlarla mübarizə aparırıq. Baxmayaraq ki, bəzən sahibkarlar inandırmaq istəyirlər ki, pulu girişə görə yox, göstərdikləri xidmətlərə görə alırlar. Bilirsiniz problemiz nədədir? Bizim departamentin cəmi 60 işçisi var. Bu heyətlə Bakının çimərliklərinə gələn insanlara qarşı olan bütün pozulmaların qabağını almaq olduqca çətindir. Çimərliklərin sayı da çoxalıb. Biz gedib onun qarşısını tam ala bilmirik. Sadəcə ondan ötrü ki, fiziki qüvvəmiz çatmır. Ona görə də mən belə başa düşürəm ki, burda tək bir təşkilatın iştiraki ilə bu işin öhdəsindən gəlmək mümkün deyil. Yalnız FHN-nin, BŞPİ-nin, Vergilər nazirliyinin və yerli icra orqanlarının birgə sayəsılə nəyəsə nail olmaq olar.
İstirahət edənlər isə xidmət haqqının ödənilməsindən imtina etmir. Amma yalnız istifadə etdikləri xidmətlərə görə, çimərliklərə giriş üçün də pul ödəyirlər. Bu halda təklif olan xidmətlərin qiyməti, keyfiyyəti və onları təqdim edənlərin nəzakətliyindən asılı olaraq insanlar onlardan istifadə edib etməmələrini özləri həll edə bilərlər"- deyə Ə.Bağırov bildirib.
Çimərliklərdə əhaliyə göstərilən xidmətlərin qiymətlərinin yüksək olmasının səbəblərini şərh etmək üçün iqtisadiyyət üzrə ekspert Oktay Haqverdiyevə müraciyyət etdik: "Bazar iqtisadiyyatı bütün sahilin pullu olması demək deyi. Mən ayrı-ayrı ölkələrdə olmuşam və orada pulsuz olan ictimai çimərlikləri görmüşəm. Onlar çətir, duş və soyunma kabinaları, xılasetmə xidməti və tibb məntəqələri, həmçinin təmizliyə baxan bələdiyyələrlə təmin edilir. Əlbəttə, bunlarla bərabər qat-qat çox daha yüksək səviyyədə xidmət növləri olan çimərliklər də var. Burada isə xidmətlər pulludur. Bu bazar iqtisadiyyatının qanunudur. Başqa məsələdir ki, bizim sahibkarlarımız göstərdiyi xidmətlərin keyfiyyətlərini qaldırmaqdan çox fikirlərini yüksək gəlirlərin alınmasına yönəldirlər. Çimərliklərdə şlaqbaum quraşdıraraq camaatı pullsuz içəri buraxmırlar. Halbuki xidmətlərin ödənişi onları təqdim edən zaman olmalıdır. Qiymətlər məni sadəcə təəccübləndirir. Bazar iqtisadiyyatını bahanə edərək nə istəyirlərsə, onu da edirlər. Bizi başlı-başına buraxmaq düzgün deyil. Elə şey yoxdur ki, onu saymaq olmasın. Hər xidmətin də öz maya dəyəri var. Sadəcə onu saymaq lazımdır. Gəlirlilik 15-20 faiz arasında saxlanılmalıdır. Lakin bəzi hallarda çimərliklərdə bizə təklif edilən xidmətlərin qiyməti bir neçə dəfə maya dəyərindən çoxdur. Biz vergi ödəyiciləri olduğumuzdan təbiətin bəxşiş etdiyinin, həmçinin dəniz çimərliklərinin sahibiyik. Heç kəs də bizim hüquqlarımızı məhdudlaşdırmaq ixtiyarında deyil", deyə Oktay Haqverdiyev belə hesab edir.
Yay mövsümün gəlişinə iki aydan az qalıb. Yenə bizi dəniz kənarına çəkəcək. Vətəndaşlar onları çimərliklərdə gözləyən problemlərdən xəbərdar olmalıdır. Təəssüf ki, yuxarıda qeyd olunanlardan belə bir qənayətə qəlmək olar ki, növbəti yay mövsümündə sakinlərimiz köhnə problemlərlə yenə də qarşılacaqlar. Bununla əlaqədər həmin problemləri həll edən qurumlara bütün çimərliklərin giriş qapısında girişin pulsuz olduğu haqda Bakı şəhər İcra Hakimiyyətinin 2011-ci il sərəncamının lövhələrdə yerləşdirilməsini məsləhət görərdik. Bunu bilmək istirahətə gələnlərə, sahili özəlləşdirənlərə də vacibdir.
Nazim Mustafayev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53