canın İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.
12:16 09-04-2014
İQTİSADİYYAT
canın İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.
ARDNŞ "odla oynayır"
Ukraynadakı qeyri-stabil vəziyyətə baxmayaraq, Dövlət Neft Şirkəti bu ölkədə biznesini inkişaf etdirəcək
Ukraynadakı qeyri-stabil siyasi və iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ölkədə biznesini inkişaf etdirəcək. Bunu ARDNŞ-nin Ukraynadakı törəmə "SOCAR Energy Ukraine" şirkətinin baş direktoru Elçin Məmmədov bildirib.
Onun sözlərinə görə, şirkətin gələcək planlarında heç bir dəyişiklik yoxdur: "Şirkət bundan sonra da yeni yanacaqdoldurma məntəqələrinin tikintisini davam etdirəcək və yeni iş yerinin açılmasına nail olacaq".
O bildirib ki, bu ilin payızına qədər şirkət özünün yanacaqdoldurma məntəqələrinin sayının 50% artıracaq: "Yaxın zamanlarda şirkət daha əvvəl Ukraynanın yanacaqdoldurma məntəqələri olmadığı bölgələrində yeni məntəqələr açacaq. Bu günlərdə "SOCAR Energy Ukraine" Poltava vilayətinin Kremençuq və Xmelnitsk vilayətinin Kamenetsk-Podolsk şəhərlərində "SOCAR" brendi altında yeni yanacaqdoldurma məntəqələrinin açılışını edib. Bu məntəqələrdə Polşa, Litva və Belarus neft emalı zavodlarının sertifikatlaşdırılmış istehsalı olan və "Euro-5" ekoloji standartına uyğun yanacaq satılır".
Qeyd edək ki, 2009-cu ildən 2013-cü ilin sonuna qədər ARDNŞ-in Ukraynada biznesin inkişafına yatırdığı vəsaitin həcmi 160 mln. ABŞ dolları təşkil edib. Bu müddət ərzində şirkətin sosial və xeyriyyə təşəbbüslərinə qoyduğu vəsaitin həcmi 5 mln. dollardan artıq olub.
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53