Azərbaycandakı ruslar Putinə müraciət edəcəklər
14:03 11-04-2014
CƏMİYYƏT
Azərbaycandakı ruslar Putinə müraciət edəcəklər
"Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün Rusiya prezidenti Vladimir Putinə müraciət etmək fikrimiz var". Bunu açıqlamasında Azərbaycan Rus İcmasının sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin deyib. Onun sözlərinə görə bu vaxta qədər onlar Rusiyaya bu məsələ ilə bağlı dəfələrlə müraciət ediblər:
"Boris Yeltsin və Dmitri Medvedevin prezident olduğu zamanlarda belə müraciətlər olub. Amma Putinin prezidentliyi dövründə Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı müraciət olmayıb. Ona görə də rus icmasının rəhbəri olaraq Putinə müraciət etmək istəyirəm. Bu ilin sentyabr ayında təşkilatımızın qurultayı keçiriləcək. Rusiya hökümətinə müraciəti qurultaydan öncə reallaşdırmaq fikrindəyik".
Millət vəkili bu məsələdə Azərbaycanda olan digər icmaların da aktiv fəaliyyətinin zəruriliyini vurğulayıb:
"Bir məsələni də diqqətə çatdırım ki, təkcə bizim müraciət etməyimiz kifayət deyil. Ukraynalıların, yəhudilərin icmaları da belə müraciətin göndərilməsində birbaşa iştirakçı olmalıdırlar. Bildiyiniz kimi, bu yaxınlarda Prezident İlham Əliyevin sərəncamı ilə Kamal Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edildi. Ona görə hesab edirik ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə ünvanlayacağımız müraciəti Kamal Abdullayla müzakirə etmək işin xeyrinə olar. Çünki bu məsələlərdə onun birbaşa səlahiyyəti var".
Digər Xəbərlər
2024-12-27 12:19:21
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47