Səlim Müslümov prezident təaqüdü alan şəhid ailələrinin sayını açıqladı
01:47 13-04-2014
CƏMİYYƏT
Səlim Müslümov prezident təaqüdü alan şəhid ailələrinin sayını açıqladı
Aprelin 11-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Şəhid ailələrinə sosial dəstək" İctimai Birliyinin sədri Almaz Zeynalovanı və bir qrup şəhid ailəsi üzvünü qəbul edib. S.Müslümov ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş insanların xatirəsinin əbədiləşdirilməsinə və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb.
"Vətənimiz, dövlətimiz, müstəqilliyimiz naminə şəhid olmuş igid Azərbaycan övladlarının ailələrinin maddi rifah halının yaxşılaşdırılması üçün bütün istiqamətlərdə işlər aparılır. İndiyədək 5 minə yaxın müharibə əlili və şəhid ailəsi dövlət hesabına yeni mənzillərlə təmin olunub ki, onlardan 694-ü şəhid ailələridir. Cari ildə müxtəlif bölgələrdə istifadəyə veriləcək yeni çoxmənzilli yaşayış binalarından da şəhid ailələrinə mənzillər veriləcək".
S.Müslümov 13053 nəfər şəhidin ailə üzvlərinə hər ay 200 manat məbləğində Prezidenti təqaüdünün verildiyini diqqətə çatdırıb.
"Bununla yanaşı, Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə şəhidin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar isə 18 yaşınadək) uşaqlarına, habelə əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün sosial müavinətlər verilir".
Nazir əlavə edib ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində, yəni 85 manat əlavə hesablanır. "Ölkə rəhbərinin bu sahəyə diqqət və qayğısının davamı olaraq, cari ilin mart ayında imzalanmış Sərəncamla, şəhidlərin ödənişli təhsil alan övladları 2014/2015-ci il tədris ilindən etibarən təhsil haqqından azad ediləcəklər".
A. Zeynalova və şəhid ailələrinin üzvləri Azərbaycan Prezidentinin şəhid ailələrinə olan diqqət və qayğısından danışıblar. Sonra A.Zeynalova görüş iştirakçıları adından şəhid ailələrinin mövcud problemlərini və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıb.
S.Müslümov nazirliyin səlahiyyətlərinə aid məsələlərin həll olunması üçün müvafiq işlərin görülməsi barədə aidiyyatı üzrə tapşırıqlar verib. Görüşdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50