Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrini qəbul edib
08:32 13-04-2014
CƏMİYYƏT
Əli Həsənov Beynəlxalq Qızıl Xaç
Komitəsinin nümayəndələrini qəbul edib
Azərbaycan Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Donor əlaqələri şöbəsinin müdiri Jeron Sorqu və BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranı qəbul edib.
Dövlət Komitəsindən verilən məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin uzun illərdir ki, ölkəmizdəki fəaliyyətini müsbət dəyərləndirən Ə.Həsənov bunu həmin beynəlxalq qurumla Azərbaycan hökuməti arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunun, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunun bariz nümunəsi kimi dəyərləndirib.
Görüş zamanı qeyd edilib ki, BQXK fəaliyyət müddəti ərzində mandatına uyğun olaraq ölkəmizdə humanitar hüququn ümumdünya humanitar prinsiplərini inkişaf etdirməklə yanaşı, ilk illərdə məcburi köçkün ailələrinə də fövqəladə vəziyyətdə tələb olunan yardımlar göstərib, yaralılar üçün geniş tibbi proqram həyata keçirməyə başlayıb, minlərlə ailələrin üzvlərinə itkin düşən yaxınları barədə məlumatlar toplayıb, cəbhəyanı ərazidə yaşayan uşaqları məktəbli forması və ləvazimatlarla təchiz edib, məktəb və bağçaları təmir edib, Azərbaycan və Ermənistan hökumətləri ilə bu münaqişə nəticəsində əsir düşənlərin saxlanılması, vətənə qaytarılması məsələləri ilə bağlı vasitəçilik edib və digər zəruri tədbirlər həyata keçirib.
Bütün bunlar barədə ətraflı söhbət açılan görüşdə BQXK-nın Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə qarşılıqlı əlaqəsi, cəmiyyətin potensialını artırmaq üçün texniki və maliyyə dəstəyini davam etdirməsi, axtarış fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə qurulan əməkdaşlıq müsbət qiymətləndirilərək Azərbaycan hökumətinin BQKK ilə əməkdaşlığı bundan sonra da davam etdirməkdə maraqlı olduğu vurğulanıb.
Sonda bu beynəlxalq qurumun ümumi fəaliyyəti, qarşıda duran vəzifələrin və digər məsələlərin müzakirəsi zamanı Ə.Həsənov diqqətə çatdırıb ki, ölkəmizdə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar kimi BQXK-nın da şəffaf və sərbəst fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradılacaq.
Digər Xəbərlər
2024-12-27 09:33:13
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17