Dini Komitənin tədbirində radikal dini cərəyanlardan danışıldı
08:34 13-04-2014
CƏMİYYƏT
Dini Komitənin tədbirində radikal dini cərəyanlardan danışıldı
İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun dini icmalarının sədrləri, din xadimləi, eləcə də fəal ictimaiyyət nümayəndələri üçün "Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması" mövzusunda iki günlük konfrans işinə başlayıb.
Konfransın öz işinə AR Prezidenti cənab İlham Əliyev tərəfindən bərpa edilmiş, Qafqazın ən qədim məscidlərindən olan Şamaxı Cümə məscidinin timsalında milli-mənəvi dəyərlərimizə göstərilən qayğını əks etdirən "Əbədi işığın abidəsi" sənədli filmi ilə başlayıb.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırın.
E.İskəndərov dövlətin din siyasətinin pozitiv dünyəviçilik əsasında qurulduğunu vurğulayaraq bunun nümunəsi olaraq son illərdə dövlət başçısının qayğısı nəticisində son 10 il ərzində ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparıldlğını, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikildiyini və ya əsaslı bərpa olunduğunu deyib.
Daha sonra DQİDK tərəfindən son vaxtlarda radikal dini cərəyanlar və hərəkətlərin qarşısının alınması istiqamətində həyata keçirilmiş işlər haqqında məlumat verilib. Bildirilib ki, bu istiqamətdə son üç ayda 10-dan çox qısamüddətli təlim kursları keçirilib, 10-a yaxın ədəbiyyat nəşr edilib, bir sıra dini icmaların yenidən dövlət qeydiyyatına dəstək verilib, icmaların nizamnamələrinin qanunvericiliyə uyğunluğunun yoxlanması işlərinin mexanizmi hazırlanmış və tətbiq edilib.
Prezident Adminstirasiyasının Millətlərarası, multukultiralizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin nümayəndəsi Müzəffər Talıblı Prezident İlham Əliyev tərəfindən yaradılmış yeni Dövlət müşavirliyi xidmətinin adıçəkilən sahəyə qarşı daha yüksək diqqət və qayğının bariz nümunəsi adlandırıb.
Millət vəkili Novruz Aslan isə çıxışında belə bir tədbirin təşkilinə görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib. Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında bu cür konfransların mütəmadi keçirilməsinin zəruriliyindən söz açıb.
QMİ sədrinin müavini Fuad Nurullayev isə çıxışında ölkəmizdə bütün dinlərə yaradılan şəraitdən danışıb və vurğulayıb ki, bu gün dindarların üzərində olan əsas məsuliyyətlərdən biri də inkişaf edən Azərbaycanın çiçəklənməsinə öz töfhələrini verməkdir.
Konfrans çərçivəsində İsmayıllı və ətraf rayonlardan olan dövlət qeydiyyatına alınmış 5 icmaya şəhadətnamələr təqdim edilib.
Konfrans öz işini "Milli-mənəvi dəyərlərimizə baxış: tarixilik və müasirlik", "Dini radikalizm və onunla mübarizə üsulları", "Din xadimlərinin fəaliyyət perspektivləri", "Azərbaycanda dövlət-din münasibətləri və dini icmalar", "Cəmiyyətin inkişafı və dini dəyərlər" panelləri üzrə davam etdirib.
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24