Elman Mehdiyev Cenevredə Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclasında iştirak edib
08:48 13-04-2014
CƏMİYYƏT
Elman Mehdiyev Cenevredə Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclasında iştirak edib
9-10 aprel tarixində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclası keçirilib.
DSMF-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, iclasda Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclasında BSTA-nın məqsədlərinə və 2014-2016-cı illər üçün fəaliyyət planına uyğun olaraq Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iş planının hazırlanması, regional fəaliyyət istiqamətlərinin səmərəli reallaşdırılması məqsədilə məlumatlandırma işinin təşkili, Avropanın 5 subregionunu əhatə edən vahid Avropa Şəbəkəsinin formalaşdırılması ilə əlaqədar məsələlər müzakirə olunub. Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclası çərçivəsində DSMF sədri Elman Mehdiyev həmçinin BSTA-nın baş katibi Hans-Horst Konkolevski, Avropa Şəbəkəsi Rəhbər Komitəsinin sədri, Polşa Sosial Sığorta İnstitutunun rəhbəri Zbigniev Derdziuk, habelə Rəhbər Komitənin üzvü olan bir sıra digər Avropa ölkələrinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edib. Qeyd edək ki, 2004-cü ildə Azərbaycan BSTA-nın büro üzvü, 2007-ci ildə Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvü, 2013-cü ildə isə Rəhbər Komitənin növbəti dəfə üzvü seçilib. 2011-ci ilin iyun ayında isə Bakı şəhərində BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.
Digər Xəbərlər
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08