Əli Kərimli qeyri-ciddilikdə suçlandı
13:20 15-04-2014
CƏMİYYƏT
Əli Kərimli qeyri-ciddilikdə suçlandı
Müsavatla AXCP arasında yeni gərginlik ocağı baş qaldırdı
Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat arasındakı gərginlik yenidən alovlanıb. Buna səbəb isə AXCP sədri Əli Kərimlinin Ukrayna hadisələri ilə bağlı şərhinə Müsavat başqanının müavini Gülağa Aslanlının tənqidi mövqeyi olub.
Belə ki, AXCP sədri Əli Kərimli "Facebook" sosial şəbəkəsindəki statuslarında Ukrayna hakimiyyətini Rusiya təhlükəsinə qarşı birliyə və qətiyyət göstərməyə çağırıb. AXCP sədrinin müavini Nurəddin Məmmədli isə bildirib ki, Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı.
Müsavat funksioneri Gülağa Asalanlı isə Əli Kərimliyə cavab verərkən deyib ki, Ukrayna hakimiyyətində kifayət qədər təcrübəsi olan insanlar var və onların ən yaxşı məsləhətçiləri də Avropa İttifaqı ölkələridir: "Bu baxımdan düşünürəm ki, onlar nə etdiklərini yaxşı başa düşürlər. Buna görə də Əli Kərimlinin fikirləri çox absurddur və mən bu məsələyə ciddi baxmıram".
G.Aslanlının bu fikirləri AXCP funksionerləri tərəfindən birmənalı qarşılanmayıb. Bu barədə "Unikal"a açıqlama verən AXCP-nin mətbuat xidmətini rəhbəri Natiq Ədilovun cavabı lakonik olub. O, "Bizim Gülağa bəylə söz güləşdirmək fikirimiz yoxdu, görünür, absurd anlayışına bizim fərqli baxışlarımız var", - deməklə kifayətlənib.
Məsələyə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da münasibət bildirib. Bu barədə apa-ya danışan AXCP yetkilisi Ə.Kərimlinin fikirlərinin doğru olduğunu vurğulayıb. Onun sözlərinə görə, həqiqəti söyləyənləri günahlandıranlar artıq özlərinin məsələyə obyektiv yanaşmaq imkanında olmadıqlarını göstərirlər: "Əli Kərimli Ukraynanın Şərq əyalətlərində baş qaldırmış separatizmə qarşı Ukrayna hakimiyyətinin sakit və qətiyyətsiz davranışını tənqid edib. Zaman göstərdi ki, Əli Kərimli doğru fikir söyləyib. Proseslərdən məlumatlı olan şəxslər bilir ki, Ukraynanın vətəndaş cəmiyyəti də mövcud hakimiyyətdən qətiyyətli davranmağı tələb edib. Hətta bununla bağlı Maydana toplaşanlar hakimiyyətə ultimatum da veriblər ki, anti-terror əməliyyatlarına başlanılsın. Yəni, bu Ukrayna cəmiyyətində də səslənən fikirlər idi və Əli Kərimli də bu cür düşünmüşdü. Bu gün artıq məlumdur ki, Ukraynanın Şərq əyalətlərində mövcud hakimiyyət tərəfindən anti-terror əməliyyatlarına başlanılıb. Ona görə də hesab edirəm ki, bu məsələ ətrafında polemikaya ehtiyac yoxdur, həqiqət ortadadır".
Yəqin ki, bu mövzu hələ bir müddət davam edəcək. Müsavatla AXCP funksionerlərinin bir müddət öncə elan etdikləri atəşkəs pozulacaq.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31