Sərdar Cəlaloğlu təklif gözləyir
13:21 15-04-2014
CƏMİYYƏT
Sərdar Cəlaloğlu təklif gözləyir
ADP sədri "Qarabağ" bloku ilə Müsavatın əməkdaşlığını mümkün sayır
"Qarabağ" siyasi bloku bələdiyyə seçkiləri ilə bağlı Müsavat Partiyasına əməkdaşlıq təklif etsə də, müsbət cavab almayıb. Bu barədə "Qarabağ" blokunda təmsil olunan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
S.Cəlaloğlu deyib ki, "Qarabağ" bloku bələdiyyə seçkilərində iştirakla bağlı qərarı bir neçə ay bundan əvvəl qəbul edib: "Hətta konkret fəaliyyət proqramı da müəyyənləşdirmişik. İlk işimiz seçki qanunvericiliyinin təkmilləşdirilməsindən ibarət olmalıdır. Bununla bağlı hətta mən Müsavat Partiyasının başqanı İsa Qəmbərə də təklif etdim ki, bu qanun layihəsini birlikdə hazırlayaq, amma çox təəssüf ki, müsbət cavab almadım. İsa Qəmbər dedi ki, biz qərar vermişik ki, siyasətlə məşğul olmayaq".
ADP sədri bildirib ki, o vaxt Müsavat Partiyasının Milli Şuradan təzə çıxdığı vaxt idi, Milli Şura ilə intiriqa var idi: "Bəlkə də o dövrə görə o sözü demişdi. Yəni faktiki olaraq "Qarabağ" bloku ilə Müsavat Partiyasının bir yerdə belə bir layihəni hazırlamasından imtina etdi. Amma indi vəziyyət dəyişib, Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak etməklə bağlı qərar qəbul edib".
"Qarabağ" blokunun yenidən Müsavat Partiyasına belə bir təklif verməsinin mümkünlüyünə münasibət bildirən S.Cəlaloğlu bu dəfə Müsavat Partiyasından təklif gözlədiklərini deyib: "Biz təklif etdik, İsa Qəmbər dedi ki, yox, indi də onlar təklif etsinlər".
Digər Xəbərlər
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50