İlham Mirzəyev "aradan çıxmaq" istəyir
13:23 15-04-2014
CƏMİYYƏT
İlham Mirzəyev "aradan çıxmaq" istəyir
Dələduzluğa görə tutlan aparıcı həbsini siyasiləşdirməyə çalışır
Tanınmış teleaparıcı, hazırda dələduzluq (CM 178-c maddə) ittihamı ilə saxlanılan İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə mətbuata açıqlama verərək, müvəkkilini müdafiə etməyə çalışıb.
O bildirib ki, İlham Mirzəyev dünənə kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırdı, hazırda hara apardıqlarından xəbəri yoxdur: "Mətbuatın yazdığına görə aprelin 12-də Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə İlham Mirzəyevin ürəyi gedib. Ancaq bildirmək istəyirəm ki, mətbuat onu tamamilə səhv yazır. Guya ürəyi gedib, ay nə bilim nə. Heç kimin ürəyi getməyib. Orda əməliyyat qrupu olub, orda məhkəmə olub, prokuror və mən olmuşam. Tamamilə əsassız məlumatlardır".
Vəkil aparıcının ailəsindən vəkalət aldığıni bildirib: "Ayın 10-da ailəsi ilə müqavilə bağlamışam. Ondan sonra hardadılar, dəqiq məlumatım yoxdur. İlham Mirzəyevlə son dəfə srağagün görüşmüşük. Təqsirini boynuna almır, deyir ki, bu, şər və böhtandır, mən dövlətimə sadiqəm. Ölkənin prezidenti başda olmaqla bütün məmurlara, hüquq-mühafizə orqanlarının rəhbərlərinə böyük hörməti var. Görüşümüzdə mənə bildirdi ki, vətənimə də sadiq insanam. Dedi ki, mətbuatdan kim səndən soruşsa, bu sözləri mənim adımdan de. İndi sizə dediyim sözləri o məhkəmədə də söylədi. Xahiş edirəm, bunu bir daha qeyd edin ki, o, ölkə rəhbərliyi haqda hər zaman yüksək fikirdə olub".
X.Bayramzadə onu da bildirib ki, hüquq-mühafizə orqanını əməkdaşları İ. Mirzəyevi gəlib klinikadan aparıblar.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22