Ölkədə milli mənafeyi qurban vermək istəyənlər var
11:30 16-04-2014
CƏMİYYƏT
Ölkədə milli mənafeyi qurban vermək istəyənlər var
Mütəllim Rəhimli deyir ki, Qərbdən alınan qrantlar, nurçularla bağlılıq ictimaiyyətin yanlış yönləndirilməsinə səbəb olur
Məlum olduğu kimi, Azərbaycan kiçik ölkə olsa da, ən çox fikir müxtəlifliyi mövcud olan ölkələrdəndir. Maraqlısı odur ki, ən xırda məsələdən tutmuş, qlobal problemlərə kimi bütün məsələlərdə mövqelər haçalanır.
Elə Rusiyanın Ukraynaya müdaxilə etməsi, Krımın ilhaqı prosesində də Azərbaycan siyasilərinin fərqli mövqe sərgilədikləri ortada oldu. Ancaq məsələ fikir prülarizmi deyil, bu mövqlərin ictimaiyyətdə çaşqınlıq yaratması, yaxud ictimai fikrin yanlış yönləndirilməsindədir. Ölkənin ictimai-siyasi həyatında təmsil olunan qüvvələrin müxtəlif kənar təsirlərə bu qədər bağlılığı vəziyyəti daha da kritikləşdirir.
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən Ədalət Partiyasının Aparat rəhbəri, politoloq Mütəllim Rəhimli baş verənlərin Azərbaycan tərəfindən yanlış şərh olunmasını təəssüflə qarşılayır. Onun sözlərinə görə, deyilən fikirlərin sübut edilməməsi, faktlara istinad olunmaması onun arxasında hansısa maraqların dayandığını deməyə əsas verir: "Son vaxtlar, xüsusilə Rusiya Krımı ələ keçirdikdən sonra yaranmış situasiya ilə bağlı əksər Azərbaycan siyasətçilərinin obyektiv şərhlərini müşahidə etmək, təəssüf ki, mümkün olmur. Hətta bəziləri daha irəli gedərək Rusiyanın tezliklə parçalanacağını iddia edir, konkret zaman söyləyənlərə də rast gəlmək olur. Siyasilərimizin kənar təsirlərə bu qədər bağlılığı nəticəsində həqiqətləri gizlətməyə çalışmalarının nəticələri acınacaqlı olacaq. Çünki ictimai fikir əsassız olaraq həqiqəti yalan, yalanı isə həqiqət kimi qəbul edəcək. Nəticədə dövlətin gələcəyi ilə bağlı bir sıra taleyüklü məsələlərdə cəmiyyətin düzgün qərar vermə imkanları minimuma enəcək. Bu isə narahatlıq doğurmaya bilməz".
Politoloq onu da vurğulayıb ki, ictimaiyyətin proseslərə bu şəkildə yanaşması, üstəlik onun yanlış yönləndirilməsi də düzgün deyil. "Belə tendensiya hətta ona gətirib çıxarar ki, ölkədaxili proseslər belə hansısa bağlılıq və maraqlar naminə milli mənafelərin əleyhinə olaraq şərh edilsin. Qərbdən alınan qrantlar, nurçularla bağlılıq və s. faktlar da yuxarıda deyilənləri təsdiq edir. Ümummilli problemimiz olan Dağlıq Qarabağ məsələsinə yanaşmada vahid mövqenin nümayiş etdirilməməsi də görünür bununla bağlıdır. 20 ildən artıqdır ki, problemi həll etmək gücündə olmayan ATƏT-in vasitəçilik missiyasından imtina olunmaması, ictimai rəyə onun sırınması da müstəqil olmayan siyasilərin əməyinin nəticəsidir", - deyə M.Rəhilmli vurğulayıb.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49