Mikayıl Cabbarov təhsil məmurlarını qorxuya salan idarə yaratdı
11:32 16-04-2014
CƏMİYYƏT
Mikayıl Cabbarov təhsil məmurlarını qorxuya salan idarə yaratdı
Nazir təhsil müəssisələrinin rəhbərlərinin "vurulmasını" davam etdirəcək
Təhsil Nazirliyində yeni qurum yaradılıb. Bu qurumun vəzifəsi təhsil sahəsindəki neqativ halların aşkarlanaraq dərhal cəza tədbirləri görülməsinə nəzarət etmək olacaq. Bu barədə redaksiyamıza nazirlikdəki məlumatlı mənbədən bildirilib.
Artıq sözügedən qurumun yaradıldığını təhsil naziri Mikayıl Cabbarovun özü də təsdiqləyib. Nazir bildirib ki, "təhsil sisteminin sürətli transformasiyasına nail olmaq barədə göstərişinizin icrasının təmin edilməsi üçün idarəetmənin təkmilləşdirilməsi istiqamətində Təhsil Nazirliyinin Aparatında struktur dəyişiklikləri edilib. Təhsil sistemindəki mənfi hallarla mübarizənin gücləndirilməsi məqsədilə daxili nəzarət şöbəsi yaradılıb və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin edilib".
Mikayıl Cabbarov qeyd edib ki, ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 21 şəxs barəsində digər intizam tənbehi görülüb: "İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib. Nəticədə aparılan statistika göstərib ki, korrupsiya faktları ilə bağlı nazirliyə daxil olan müraciətlərin sayı bir neçə dəfə azalıb".
Nazirin dediklərinin bu bölümündən belə aydın olur ki, təhsil müəssisələrinin bəzilərindəki rəhbər dəyişiklikləri ümumiyyətlə, bu sektorda müsbət tendensiyanın yaranmasına səbəb olub, belədə isə ali məktəb rektorları da daxil olmaqla müxtəlif təhsil müəssisələrinin rəhbərlərinin əvəzlənməsi prosesinin davamlı olacağını təxmin etmək çətin deyil.
Eyni zamanda gələn məlumatlar belə deməyə əsas verir ki, təhsil sistemindəki mənfi hallarla mübarizənin gücləndirilməsi məqsədilə nazirlikdə daxili nəzarət şöbəsi yaradılması təhsil məmurlarında qorxu sindromuna yol açıb. Belə ki, həmin şöbənin "qara siyahısı"na düşmək istəməyən təhsil məmurları bundan sonra ehtiyatı əldən verməməyə çalışacaqlar.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49