Dağlıq Qarabağda Krım gülləsi
11:36 16-04-2014
CƏMİYYƏT
Dağlıq Qarabağda Krım gülləsi
Atəşkəsin pozulması nədən xəbər verir?
Son günlər cəbhə xəttindən atəşkəsin pozulması ilə ağlı sistemli xəbərlər gəlməkdədir. Öncələr atəşkəs hansısa nöqtədə baş verirdisə indi cəbhənin demək olar ki, bütün bölgələrində müşahidə olunur. Tək bir fakta baxaq ki, ötən sutka cəbhənin müxtəlif istiqamətlərində atəşkəs 31 dəfə pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərindən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutub.Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdən, Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Əlibəyli kəndlərində yerləşən mövqelərimizdə atəşə məruz qalıb.Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.Maraqlıdır, atəşkəsin sistemli şəkildə pozulması nələrlə nəticələnə bilər? Bununla bağlı ekspertlərin fikirləri fərqlidir. Bəzi mütəxəssislər hesab edir ki, Krım olaylarından sonra erməni tərəfi aqresiyasını daha da artırıb və Rusiya faktorundan yararlanmağa çalışırlar. Yəni atəşkəs faktiki olaraq pozulur və Dağlıq Qarabağda referendum keçirilərək Rusiyaya birləşmək təklif olunur. Dağlıq Qarabağ münaqişəsi süni şəkildə qabardılmaqla Krım məsələləri arxa plana salınır. Hərbi ekspert Üzeyir Cəfərli "Unikal"a açıqlamasında atəşkəsin pozulmasının arxasında heç kimin durmadığını bəyan etdi:-" Bunu deyə bilərəm ki, atəşkəsin sistemli pozulmasının arxasında hansısa qlobal marağın durduğunu söyləmək olmaz. Atəşkəs ilk bağlandığı gündən pozulub və bundan sonrada pozulacaq. Hər ilin aprel, may aylarında atəşkəs sadəcə olaraq davamlı pozulur. Bunun başlıca səbəbi qış aylarında yaranan passivliklə bağlıdır. Yəni yaz aylarında vərdişləri bərpa etmək ehtiyacı hiss olunur və bu səbəbdən atəşkəs sistemli şəkildə pozulur. Amma bunun ciddi nələrləsə nəticələnəcəyini deyə bilmərəm". Bunu da qeyd edək ki, son bir neçə ay ərzində Dağlıq Qarabağla bağlı Rusiyanın siyasi elitasıda aktivlik göstərməyə başladı və əksəriyyət Ermənistanın maraqlarına uyğun bəyanatlar səsləndirirdilər. Ekspertlər hesab edir ki, məhz bu amildə ermənilərin aktivləşməsinə təsir edə bilər. Politoloq Ərəstun Oruclu isə "Unikal"a açıqlamasında məsələyə tamam başqa aspektdən yanaşdı:-"Atəşkəsin sistemli şəkildə pozulması regionda baş verən proseslərlə bağlıdır. Belə ki, Ukrayna olayları ümumi gərginlik yaratdı. Amma Dağlıq Qarabağda atəşkəsin pozulmasının ciddi hərbi münaqişə ilə əvəzlənməsi üçün başqa proseslərdə olmalıdır. Əgər Ukraynada Avropa və Rusiya qarşıdurması müharibə yolu ilə həll olunarsa bu müharibə Qafaqaza da keçəcək. Bu ola bilər. Yox əgər Ukrayna məsələsi sülh yolu ilə həll olunarsa onda Qafqazda münaqişələrin müharibə yolu ilə həlli mümkün olmayacaq. Mən hesab edirəm ki, ermənilər özbaşına deyil ki, atəşkəsi pozsunlar və ya müharibəyə başlasınlar. Sadəcə olaraq bu gün Rusiya Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrindən istifadə etməklə Azərbycana təzyiqlər edir".Ekspertlər bunu da iddia edir ki, atəşkəsin sistemli pozulmasının başlıca səbəblərindən biri də beynəlxalq təşkilatların Dağlıq Qarabağ məsələsinə ciddi yanaşmamaları ilə bağlıdır. Yəni hazırda fəaliyyətdə olan ATƏT-in Minsk qrupu problemin həllində maraqlı görünmür və əsas məqsədləri sadəcə olaraq atəşkəsin qorunub saxlanılmasıdır. Ermənilər isə bunu gözəl anlayır və zaman-zaman atəşkəsi pozmaqla beynəlxalq təşkilatların diqqətini özlərinə cəlb etdirir və daha çox pay qopartmağa çalışırlar. Xatırlayırsınızsa Xankəndi hava limanını
işə salmaq üçün Ermənistan total şəkildə atəşkəsi pozmağa başladı. Bunun davamı olaraq isə ABŞ rəsmiləri bəyan etdilər ki, hava limanı dinc məqsədlər üçün istifadə oluna bilər. Azərbaycan tərəfinin sərt bəyanatından sonra Ermənistan belə bir riskə getmədi.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24