Hacıbala Abutalıbov bu çadırda gecələyir
Bir neçə gündür ki, Bakıda mərhum prezident Heydər Əliyevin doğum gününə həsr olunmuş Gül bayramına hazırlıq işlərinə artıq start verilib. Artıq Heydər Əliyev Sarayının qarşısındakı parkın bir hissəsi piyadaların hərəkətinə bağlanıb. Ərazidə olarkən tarixi-memarlıq abidələrimizin maketinin hazırlandığının şahidi olduq. Eyni zamanda güllərin sərgilənməsi üçün parklarda stendlər qurulurdu.
Bakıda Heydər Əliyev Sarayı və "Qış parkı" bağlandı; Mayın 10-da keçiriləcək Gül bayramına hazırlıqlar başladı
Ərazidə hazırlıq işlərinə rəhbərlik edən Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi açıqlamasında bildirdi ki, bu dəfəki bayramın miqyası iki dəfə çox olacaq: "Heydər Əliyev Sarayı və "Qış parkı" kimi tanına ərazidə Gül bayramını təşkil etməyi planlaşdırırıq. Bir neçə gündür ki, sözügedən parkalarda piyadaların hərəkəti məhdudlaşdırılıb.
Eyni zamanda ərazidə güllərin sərgilənməsi üçün stendlərin quraşdırılması davam edir"
Bakı meriyasının nümayəndəsi bildirdi ki, bu dəfəki bayrama görə, Hollandiya, İtaliya, İspaniya və Avstaliyadan güllər sifariş olunub: "Artıq sifariş olunan güllər yoldadır. Bayrama qədər onlar Bakı şəhərindəki xüsusi soyuducu anbarlarda sxlanılacaqlar. Parkların bəzədilməsinə isə bayramdan iki gün öncə başlanacaq".
Mərasimin təmtəraqlı olması üçün təşkilatçılıq işlərinə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun rəhbərlik etdiyini deyən meriya nümayəndəsi vurğuladı ki, H.Abutalıbov sarayın qarşısındakı bağda özü üçün çadırdan mənzil-qərargah tikdirib: "Hacıbala müəllim tez-tez əraziyə gələrək, aparılan işlərlə maraqlanır. Bəzən gecələr də, saatlarla burada qalaraq öz tapşırıqlarını verir. Gül bayramında sərgilənəcək gülləri və dekorasiyaları şəxsən özü seçib. Eyni zamanda bu il bayrama cəlb olunan işçi qüvvəsi iki qat artırılıb".
Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun özü üçün qurdurduğu çadır qərargaha girib, onunla görüşmək istəyimiz isə heç cürə alınmadı. Bizə gözləməyimizi deyən mühafizə polisi merin nahardan sonra bizimlə görüşə biləcəyini söylədi. Elə bu məqamda Hacıbala Abutalıbov çadırın arxa tərəfindən çıxdı və maşınına əyləşərək ərazidən uzaqlaşdı. Qeyd edək ki, 2004-cü ildən başlayaraq, hər il mayın 10-da, mərhum prezident Heydər Əliyevin doğum günündə Bakı şəhər İcra Hakimiyyəti paytaxtda gül bayramı təşkil edir. Budəfəki gül bayramı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə təsadüf edir.
Digər Xəbərlər
2025-02-25 01:25:18

2025-02-25 00:25:00

2025-02-24 23:43:14

2025-02-24 22:33:54

2025-02-24 22:27:23

2025-02-24 20:47:27

2025-02-24 19:42:45

2025-02-24 19:26:22

2025-02-24 18:47:26

2025-02-24 18:27:46

2025-02-24 18:13:21

2025-02-24 16:47:42

2025-02-24 16:32:11

2025-02-24 16:25:48

2025-02-24 16:15:14
.jpg)
2025-02-24 15:58:00
.jpg)
2025-02-24 15:30:20
2025-02-24 15:23:00

2025-02-24 15:06:22
