Elmar Vəliyev Gəncə rabitəsini necə bərbad etdi?
12:15 17-04-2014
CƏMİYYƏT
Elmar Vəliyev Gəncə rabitəsini necə bərbad etdi?
Yaxud, rabitəçi olmayan Əbülfəz Orucovun Gəncə
Telekommunikasiya Qovşağına rəhbər təyinatının gizlinləri...
Qəzetimizin ötən saylarında Gəncə Şəhər Telekommunikasiya Qovşağının rəisi Əbülfəz Orucovla, onun bu posta gətirilməsindəki müəmmalarla bağlı məqalə dərc etmişdik. Həmin yazıda qeyd etmişdik ki, Gəncə Şəhər Telekommunikasiya Qovşağının fəaliyyətindən ciddi narazılıqlar yaranıb və bu narazılıqların kökündə də qovşaq rəisinin yerində olmaması faktoru həlledici rol oynayır.
Belə ki, indi Gəncə şəhər Telekommunikasiya Qovşağına rəhbərlik edən Əbülfəz Orucov nə ixtisasca rabitəçidir, nə də rabitəylə nə yaxından, nə də uzaqdan hansısa əlaqəsi var. Belə ki, o sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun dövründə Gəncə "Sobez"-nə rəhbərlik edib. Onun Gəncə "Sobez"ində necə işləməsi, bu sahədə professional olub-olmaması ilə işimiz yoxdur. Bizə və gəncəlilərə qəribə gələn tək məsələ budur ki, necə olub ki, keçmiş "Sobez" müdiri indiki postuna təyinat ala bilib? Maraqlıdır, görəsən Əbülfəz Orucov rəhbərlik etdiyi qurumu necə idarə edir? Axı o rabitə sektorundan ümumiyyətlə xəbərsizdir. İndi özünüz düşünün, ölkənin ikinci böyük şəhəri olan Gəncənin rabitə və telekommunikasiya problemlərinin həlli bu işdən anlayışı belə olmayan birinə tapşırılıb. Telefon xəttlərinin çəkilməsi, kabellərin dəyişdirilməsi və yenilənməsi, ümumiyyətlə, rabitə ilə bağlı çoxsaylı problemlərin həllində məsul olan Gəncə Telekommunikasiya Qovşağı bütün bu işlərdən xəbərsiz olan yeni rəhbərin idarəçiliyi altında necə işləyə bilər?
Əldə etdiyimiz məlumatda bildirilir ki, Əbülfəz Orucov Gəncənin icra başçısı Elmar Vəliyevin yaxın adamı kimi tanınır. Onun "Sobez"dən "vurulduqdan" sonra indiki vəzifəyə təyinat almasında da icra başçısının mühüm rol aldığı bildirilir. Maraqlı olan daha bir məqam isə ondan ibarətdir ki, tutaq ki, icra başçısı şəxsi münasibətinin yaxşı olması səbəbindən Əbülfəz Orucovun bu posta gətirilməsinə çalışıb. Yaxşı bəs, belə bir təyinata Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmiləri hansı əsasla razılıq veriblər. Axı onlara da bəllidir ki, bu şəxs rabitə sektorunda təsadüfi adamdır və bu səbəbdən də rəhbərlik etdiyi sahəyə heç bir fayda verə bilməz. Hər halda biz qəzet olaraq mövzuyla bağlı nazirliyin də mövqeyini öyrənməyə çalışacağıq.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40