Razim Məmmədovla Nizami İsgəndərov arasındakı qarşıdurma böyüyür
11:30 18-04-2014
CƏMİYYƏT
Razim Məmmədovla Nizami İsgəndərov arasındakı qarşıdurma böyüyür
Ötən saylarımızın birində sabiq deputat, "Sumqayıt" və "Cavid" ticarət mərkəzlərinin sahibi Nizami İsgəndərov barəsində dərc olunan məqalə iş adamını ciddi natahat edib. Belə ki, yazıdakı faktların ictimailəşməsi keçmiş deputatı hiddətləndirib.
"Unikal"a daxil olan məlumata görə, N.İsgəndərov Xaçmazda yerləşən "Nabran Holiday Village" istirahət mərkəzi ilə bağlı apardığı gizli sövdələşmələrin ictimailəşməsinin arxasında kimlərin olduğunu axtarır. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, keçmiş deputat bu məsələdə əzəli rəqibi, sevmədiyi qohumu Xətainin icra başçısı Razim Məmmədovu suçlu hesab edir: "Onsuz da həm Razim Məmmədov, həm də Nizami İsgəndərov ayaqlarına daş dəyəndə bir-birindən şübhələnirlər. Bilirsiniz ki, Nizami İsgəndərov "Nabran Holiday Village" istirahət mərkəzinə lisenziyanın verilməsi üçün bütün səylərini işə salıb və bunun üçün Mədəniyyət və Turizm Nazirliyinə minnətçi düşüb. Amma nazir müavini Vaqif Əliyev iş adamına istədiyini vermək istəmir. Bu məsələylə bağlı Razim Məmmədovdan kömək istəyən Nizami İsgəndərov daha da pis vəziyyətə düşüb. Çünki Razim Məmmədovun onu saymaması, telefon zənglərinə cavab verməməsi barədə məlumatın mətbuatda dolaşması Nizami İsgəndərovu özündən çıxarıb. Onu da qeyd edim ki, Nizami İsgəndərov həmişə özünü yuxarıdan aparmağı sevib və reputasiyasına zərər gəlməməsi üçün əlindən gələni edib. Amma indi onun mehriban düşmənlərinin qarşısında aciz duruma düşməsi ictimailəşib. Artıq Nizami İsgəndərov ətrafındakılara "mənimlə heç kim bacara bilməz, Razimi də, Vaqifi də yerində oturtmuşam" kimi fikirlər səsləndirə bilmir. Məndə olan məlumata görə, onun Vaqif Əliyev tərəfindən o formada cəzalandırılması, Razim Məmmədovun onu saymaması barədə məlumat ictimailəşəndən sonra Nizami İsgəndərovun hər iki "düşmən"inə qarşı nifrəti artıb. Xüsusilə də Razim Məmmədova olan pis münasibəti daha da artıb".
Məlumatlı şəxsin sözlərinə görə, Xətainin icra başçısı da qohumu olan iş adamını bu zəif vaxtında daha da gözdən salmağa çalışır. Belə ki, Razim Məmmədov yaxın ətrafı ilə söhbətində Nizami İsgəndərova yerini göstərdiyini, mədəni şəkildə başa saldığını deyirmiş. "Razim Məmmədovun bu danışığı Nizami İsgəndərovun qulağına çatıb, ona görədə artıq onunla hər hansı bir formada münasibət qurmayacağını bəyan edib. Bilirsiniz ki, bu saat Razim Məmmədovun karyerası ilə bağlı ciddi problemlər yaranıb. Ölkə başçısının kadr siyasətinin davam edəcəyi və işdən çıxarılan başçılar arasında Razim Məmmədovun adının olacağı bildirilir. Nizami İsgəndərov da bu vəziyyətdən mümkün qədər yararlanmaq istəyir və icra başçısının daha da gözdən düşməsi üçün əks-təbliğata start vermək niyyətindədir. Amma məsələ ondadır ki, Nizami İsgəndərovla bağlı daha ciddi kompro-materiallar var. Onun sahibi olduğu ticarət mərkəzlərində baş verən qanunsuzluqlar, vergi yayınmaları, hətta bir sıra qeyri-əxlaqi hadisələrlə bağlı materialların olması Nizami İsgəndərovun vəziyyətinin daha ağır olduğunu göstərir. Hər halda, Razim Məmmədovla Nizami İsgəndərov bir-birlərinə qarşı açıq müharibə elan etsələr də, hər iki tərəfin ağır məğlubiyyətə düçar olacaqları bəri başdan görünür", - deyə mənbə fikrini tamamlayıb.
Onu da qeyd etmək lazımdır ki, Nizami İsgəndərov hazırda Azərbaycanda brilyant, qızıl biznesinə nəzarət edən əsas fiqurlardan biridir. Ona məxsus Sumqayıtdakı ticarət mərkəzində 300-dən çox mağaza işləyir və bunların əksəriyyəti brilyant, qızıl satışı ilə məşğul olur. Keçmiş deputatın ölkədə qızıl, brilyant bazarındakı payı, bu sahədəki qiymət siyasətinə təsiri və digər məsələlərlə bağlı da məlumatlar əldə etmişik. Araşdırmalarımız bitdikdən sonra mövzunu davam etdirəcəyik.
Cavid Aran
Digər Xəbərlər
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08