ABŞ qondarma soyqırımı tanıyacaqmı?
11:35 18-04-2014
CƏMİYYƏT
ABŞ qondarma soyqırımı tanıyacaqmı?
Ekspert: "Neoosmanizmin qarşısını almaq üçün vəhhabiliyi yayırlar"
"Qondarma "erməni soyqırımı" regionda maraqları olan qlobal güclərin əlində vasitədir. Burda ən zavallı olan alətə çevrilmiş sadə erməni xalqıdır". Bu barədə Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü Adıgözəl Məmmədov ermənilərin 2015-ci ildə "soyqırımı"n 100 illiyini keçirmək niyyətlərini şərh edərkən deyib.
"Amerika Türkiyənin nəbzini yoxlayır,
amma bir şeyi unudurlar"
Ekspert bildirib ki, bu gün Türkiyədə istər ABŞ, istər Qərb reallıqlarına Osmanlı yanaşması var: "Regionumuzda yeni coğrafi konturlar var və Türkiyə burda özünə yer tapmağa alışır. Son hadisələrdən sonra, məlum oldu ki, dünya bir mərkəzdən idarə oluna bilmir, dünya çoxpolyar sistemə keçir. Bu çoxpalyarlıq sistemi istər-istəməz regionda dünyada baş verənlərə yenidən baxmaq yanaşmasını ortaya qoyur. Gülən camaatının Türkiyədə həyata keçirdiyi proseslərə də bu konteksdən yanaşıram. Belə ki, Türkiyənin siyasi rəhbərliyi artıq addım-addım NATO girovundan qurtulmağa çalışır. Bütün baş verənlər, eləcə də "erməni soyqırımı" məsələsi də bu prosesdə alətdir. Uduzansa sadə erməni zavallısıdır. Çünki istənilən halda bunlar bir yerdə yaşayır. ABŞ Senatının xarici əlaqələr komissiyasında bunun gündəmə gəlməsi isə Amerikanın Türkiyənin nəbzini yoxlamasıdır. Bu nəbz yoxlama da Türkiyə siyasi rəhbərliyinə təsir edir. Lakin bir şeyi unudurlar, Türkiyəyə indiyə qədər olan rəhbərlərdən fərqlənən, siyasi savadı, iradəsi ilə önə keçən Ərdoğan rəhbərlik edir".
"Panturanizm çağırışlarının yayılması
neoosmanizmə qarşıdır"
A. Məmmədov daha bir maraqlı məqama toxunub. Bildirib ki, Türkiyə NATO girovundan qurtulmağa çalışdığı müddətdə bu cür maneələr yaradılacaq. "Putinlə son görüşündə Ərdoğan açıq mətnlə Putinə dedi ki, siz bizə Avropa ittifaqında nə işiniz var deyəndə biz qıcıqlanırıq. Mən də sizi qıcıqlandırmaq üçün bunu deyəcəm: Siz bizi Şanxay birliyinə qəbul edin, biz də Avropa İttifaqını unudaq. Hesab edirəm ki, bu konteksdə işartılar görünür. Amma bütün bunların önünü alacaq vasitələr tapılır və bəzən müvəffəq də olurlar. Elə gülən camaatı buna misaldır. Bu camaat Mərkəzi Kəşfiyyat İdarəsinin regiondakı əməliyyatlarının yerinə yetirir. Burda uzun müddət panturanizm çağırışlarının yayılması da Türkiyənin neoosmanizm çağırışlarının qarşısı almaq məqsədi daşıyır. Amma panturanizm türkdilli coğrafiyada özünə yer tapa bilmir. Çünki burda tərbiyə, mühit, insanların yanaşması var ki, bu hazırki durumda fərqlidir. Əhməd Davudoğlunun banisi olduğu neoosmanizm ideologiyasının qarşısını almaq üçün başqa vasitələrdən də istifadə edirlər. Misal üçün neoosmanizmin qarşısını almaq üçün regionda vəhhabiliyi geniş sürətdə yayırlar. Çünki neoosmanizm yayılırsa bunun arxasında hənəfilik dayanır. ABŞ və Qərb bunu istəmir və bu dəfə ərəb dövlətlərini oyuna salırlar. Onlar vasitəsilə vəhhabilik yayılır. Suriyada bunun bariz nümunəsini gördük" - deyə ekspert bildirib.
"Kerri-Davudoğlu danışıqları göstərir ki,
Türkiyəni gedəcəyi yoldan çəkindirməyə çalışırlar"
A. Məmmədov qeyd edib ki, ABŞ Türkiyəyə qarşı olduqca ziddiyyətli siyasət yürüdür. Onun sözlərinə görə, Kerri-Davudoğlu danışıqları onu göstərir ki, Türkiyəni gedəcəyi yoldan çəkindirməyə çalışırlar: "Misal üçün Qara dənizdə gəmilərin üzməsi ilə bağlı Monte anlaşması var. Bu anlaşmaya görə Qara dəniz sahilində olmayan dövlətlərin gəmiləri sulardan 28 gün ərzində çıxarılır. Ankara buna ciddi əməl edir ki, bu da Vaşinqtonu çox qıcıqlandırır. Bütün bu məsələlər fonunda Türkiyəyə qarşı ciddi maneələr yaradılır. Amma Türkiyə siyasi rəhbərliyi başa düşür ki, dünya əvvəlki dünya deyil".
Asif Nərimanlı
Digər Xəbərlər
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37