Bu il "Azerspace-1" peykinin istismarından əldə olunacaq gəlirin həcmi açıqlandı
11:46 18-04-2014
CƏMİYYƏT
Bu il "Azerspace-1" peykinin istismarından əldə olunacaq gəlirin həcmi açıqlandı
Fransanın "EADS Astrium" şirkəti "Azərkosmos"a Azərbaycanın bu il orbitə buraxacağı aşağıorbitli peykinin birgə kommersiya fəaliyyətinə qoşulmaq üçün müraciət edib. Bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, bu təklif məsləhətçi şirkət və mütəxəssislər tərəfindən araşdırılır: "Bu, kommersiya layihəsidir. "Azərkosmos" üçün iqtisadi cəhətdən əlverişli olarsa, ona qoşulacaq".
Ə.Abbasov bildirib ki, aşağıorbitli peyklə bağlı tenderdə iştirak edən şirkətlərin sayı çox olduğundan, tenderin müddəti uzadılıb: "Hesab edirik ki, bu, yüksək təşkil olunmuş tenderdir. Yaxın vaxtlarda qalib elan olunacaq".
"Azerspace"-in ikinci planına toxunan nazir bildirib ki, 2017-ci ildə ikinci telekommunikasiya peyki orbitə buraxılacaq və bu istiqamətdə tender şərtləri hazırlanır: "Hələlik hər şey proqram üzrə gedir".
Nazir qeyd edib ki, "Azerspace-1"-in istismarından əldə olunacaq gəlir bu il təxminən 15 mln. dollar təşkil edəcək.
"Azərspace-1" bu il kreditlərinin verilməsi üçün müəyyən qədər Maliyyə Nazirliyinin köməyindən istifadə edəcək. Gələn ildən isə artıq plana görə, öz kreditlərini rentabelli fəaliyyətinə görə təmin edəcək.
Digər Xəbərlər
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59