Azərbaycandan Obamaya qarşı təpki
10:52 19-04-2014
CƏMİYYƏT
Azərbaycandan Obamaya qarşı təpki
Siyasilər rəsmi Vaşinqtonun Qarabağ məsələsi ilə bağlı mövqeyini qeyri-səmimi hesab edir
Məlum olduğu kimi, bir neçə gün öncə ABŞ və Rusiya prezidentləri arasında növbəti dəfə telefon danışığı olub. ABŞ prezidenti Barak Obama bir daha Ukrayna böhranının diplomatik yolla həllinin üstünlüyünü qeyd edərək təəssüflə bildirib ki, Rusiya tərəfinin hərəkətləri buna imkan vermir. Obama bildirib ki, Moskvanın dəstəyi ilə rusiyameylli separatistlər Ukraynadakı vəziyyəti gərginləşdirirlər.
ABŞ prezidentinin Ukrayna məsələsi ilə bağlı Putinə bir neçə dəfə telefon açması Azərbaycan siyasiləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, deputat Zahid Oruc çıxış edərək ikili standartlardan danışıb. "Barak Obama Ukrayna hadisələrinə görə artıq 8-ci dəfədir ki, Putinə telefon açır. Avropa ölkələrinin rəhbərləri ilə danışıqlar aparır. Buna bir sözümüz yoxdur. Dünyanın güc mərkəzləridir. Bir dəfə görmüsünüz ki, Barak Obama Qarabağa görə Putinə telefon açsın? Hətta bu o qədər baş verməyib ki, tribunadan bunun səsləndirilməsi bir qədər ritorik səslənmir, insanları da inandırmır", - deyərək ABŞ prezidentini qeyri-səmimilikdə suçlayıb.
Ədalət Partiyasının Aparat rəhbəri, politoloq Mütəllim Rəhimli "Unikal"a açıqlamasında bildirib ki, ABŞ prezidentinin bu məsələdə mövqeyi önəmli olsa da, münaqişənin çözülməsində həlledici deyil: "Bu fikirlər Dağlıq Qarabağın azad edilməsi istəyindən doğub. Əlbəttə, Azərbaycanın hər bir vətəndaşı torpaqlarımızın işğalçılardan təmizlənməsini arzulayır və bunun üçün öz üzərinə düşən vəzifələri də yerinə yetirməyə hazırdır. Hadisələrin inkişafı onu göstərir ki, ermənilər Qarabağı danışıqlar vasitəsilə, sülh yolu ilə geri qaytarmaq niyyətində deyillər. Ona görə də biz hər gün müharibənin başlayacağı vaxta yaxınlaşırıq. Bunu proseslərin inkişaf xətti də diqtə edir. Çünki Ermənistan Qarabağdan çxmaq, Azərbaycan isə torpaqlarını vermək istəmir. Təbii ki, bizim üçün ən yaxşı variantlardan biri beynəlxalq güclərin razılaşması və anlaşması nəticəsində ərazi bütövlüyümüzün təmin olunmasıdır. ABŞ və Rusiya prezidentləri bu problemi həll etmək gücünə qadirdirlər. Amma düşünmürəm ki, Obamanın telefon zəngləri və xahişi ilə bu məsələ həll edilsin".
Politoloqun fikrincə, Dağlıq Qarabağ probleminin həlli Rusiyadan nə qədər asılıdırsa, bir o qədər də ABŞ-a bağlıdır: "Ona görə də təkcə Obamanın görüntü naminə zəngləri heç nəyi dəyişə bilməz. Birləşmiş Ştatlar ilk növbədə, həqiqətən də, Qarabağ probleminin həllini istəməlidir və bunu öz hərəkətləri ilə nümayiş etdirməlidir. Bunun üçün DQ-də məskunlaşan separatçılara dəstəyi dayandırmalı, humanitar yardımları kəsməli, müxtəlif kanallarla Ermənistana axan milyonlarla vəsitin qabağını almalı, hər il BMT-də keçirilən səsvermədə bitərəf qalmamalı, əksinə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır və s. Yalnız bu zaman ABŞ-ın səmimiliyinə inanmaq olar. İndiki halda isə Birləşmiş Ştatların səyləri yalnız təbliğat xarakteri daşıya bilər, necə ki, hazırda bu baş verir. Amma Ukrayna problemini həll etməkdə ABŞ maraqlı görünür və Rusiya ilə arası kəsilməz danışıqlar aparır. Bizə münasibətdə bunun şahidi olmuruq. Ona görə də buna əlavə vaxt və enerji ayırmağa dəyməz".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-27 14:39:28
2024-12-27 14:33:16
2024-12-27 14:30:28
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12