Ruslardan qorxmağa dəyərmi?
10:54 19-04-2014
CƏMİYYƏT
Ruslardan qorxmağa dəyərmi?
Krım olaylarından sonra possovet məkanında olan ölkələrin demək olar ki, əksəriyyətində bir xof yaranıb ki, növbə digər ölkələrə də keçəcək. Hətta bu prosesə bu və ya digər şəkildə aidiyyatı olmayan ölkələrin vətəndaşları da eyni narahatçılığı yaşamaqdadır.
Biz məsələnin siyasi tərəfinə toxunmadan cəmiyyətlərdə nədən belə bir gərginliyin olmasını açmağa çalışacağıq. Bununla bağlı "Unikal"a açıqlama verən Fərqanə Mehmanqızı bildirir ki, məsələnin kökündə uzun illər sovetlər birliyində yaşamağımızdır:-"Azərbaycan görün neçə illər SSRİ-nin tərkibində olub və buda sözsüz ki, bu gün bizlərə psixoloji təsir edir. Sovetlər birliyi dağılan zaman nələri yaşayırdıq? Üzdə azad olduğumuzu deyir, sevinir, amma tək qalanda bir boşluqda olduğumuzu düşünürdük.Hara gedəcəyik və necə gedəcəyik-sualına cavab tapmaq çox çətin idi. Məhz bu səbəbdən həmən illərdə demək olar ki, bir itirilmiş nəsl yarandı. Bundan sonra isə formalaşan nəsl daha çox qərb təfəkkürünə üstünlük verməyə başladılar və qərbə inteqrasiya artdıqca sovetlər birliyinin timsalında rus toplumuna bir yadlaşma yarandı. İndi isə yenidən rus xofu formalaşmağa başlayır ki, buda yuxarıda göstərdiyimiz kimi gərginliyin yaranmasına gətirib çıxarır. Başqa maraqlı bir məqam isə bundan ibarətdir ki, qonşuluqda Ermənistan var və bu ölkə təpədən-dırnağa qədər Rusiyanın təsir dairəsindədir. Bizlərdə isə belə fikir formalaşıb ki, Rusiya nə qədər ayağa qalxa bilərsə Ermənistanın gücü o qədər artacaq. Yəni bizdəki qorxu dolayısı ilə Dağlıq Qarabağın bir dəfəlik itirilməsi qorxusu ilə bağlıdır". "Unikal"a açıqlama verən Türkan Azad isə başqa məqamlara üstünlük verdi:-" Hesab edirəm ki, sovetlər birliyinin süqutundan sonra arzuladığımız , xəyal etdiyimiz azadlığı təsəvvür etdiyimiz kimi görmədik. Bunun ardınca qərbə inteqrasiyaya can ata-ata bu inteqrasiyanıda yarımçıq həzm etdiyimizdən xəyallarımızdan az qala imtina etməli olduq. Bundan sonra aydın oldu ki, özümüzdə özümüzə bir inamsızlıq yaranıb. Özünəinamsızlığın olduğu yerdə isə sözsüz ki, fobiyalar, gərginliklər artır. Digər tərəfdən bu tip məsələlərdə adətən fərdi yanaşmalar olmur. Qarşıdakı toplum şəkilində üstünə gəlirsə çıxış yoluda toplum halında axtarılır. Deməli ortada bir kütlə psixologiyası var. Kütlə psixologiyasında isə həyacan, gərginlik, qorxu çox normal haldır. Konkret Rusiyanın Krımdan sonra Azərbaycana daxil olması məsələsinə gəldikdə isə burada yaranan qorxu əslində mənasızdır və sistemli şəkildə informasiyalarla yüklənməyimizlə bağlıdır. İnformasiyalarla o qədər yüklənirik ki, hətta bayıra çıxarkən qapımızın üstündə Rusiya bayrağının yelləndiyini belə təsəvvür edirik. Nəhayət, başqa bir psixoloji məqamda budur ki, rus toplumu zaman-zaman çətin durumlara düşəndə məhz aqressiya, işğalçılıq psixologiyasını hərəkətə gətirməklə xilas olub. Baxın, birinci dünya müharibəsindən sonra diz çökən çar Rusiyası bolşeviklər Rusiyası ilə əvəzləndi.Bundan dərhal sonra işğalçılıq siyasəti hərəkətə keçdi. Sovetlər birliyinin çöküşündən sonra Rusiya Federasiyası demək olar ki, parçalanmış duruma düşdü. Xilas yolu olaraq yenə işğalçılıq və qəddarlıq oldu. Bu gün isə Rusiya iqtisadiyyatının çökdüyünü görür və rus toplumunda yenə bir aqressiya baş qaldırıb. Azərbaycan toplumu isə rus toplumunu bu şəkildə tanıdığından yuxarıdakı qənaəti çıxarır".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49