Rusiya Azərbaycanı milli azlıqlarla hədələdi
10:57 19-04-2014
CƏMİYYƏT
Rusiya Azərbaycanı milli azlıqlarla hədələdi
Zərdüşt Əlizadə :"heç bir problem belə olmadığı halda, vəzifə, şöhrətpərəstliyə görə milli azlıqların içindən elə adamlar çıxır ki, hər şeyə hazır olurlar və Rusiyanın milli azlıqlar arasında belə adamları var"
Krım hadisələrindən sonra ən çox dartışılan məsələlərdən biri də bundan sonra Rusiyanın hansı ölkəni hədəfə ala bilməsi ilə bağlı ehtimallardır. Və ümumilikdə çıxarılan nəticə budur ki, sırada Moldova, Latviya və Azərbaycan olacaq. Artıq hər üç ölkə ilə bağlı müəyyən fərziyyələr, təkliflər səslənməkdədir.
Və bunların sırasında daha çox diqqəti cəlb edən Azərbaycandır. Hesa edilir ki, Azərbaycan yaxın zamanlarda Rusiyanın maraqlarına cavab verəcək addımlar atmazsa Dağlıq Qarabağda Rusiya bayraqları dalğalanacaq. Amma Rusiyanın siyasi elitasında hazırda başqa fikirlərdə səslənir və bunlar daha təhlükəlidir. Belə ki, prezident Vladimir Putinin "yeni SSRİ" adlandırılan Avrasiya İttifaqı layihəsinin baş təbliğatçısı olan Aleksandr Duqin Azərbaycanın BMT-də Rusiyanın tərəfini yox, Ukraynanın tərəfini tutmasını az qala xəyanət kimi dəyərləndirib və bir sıra diqqəti cəlb edən mesajlar verib:-" Bakının Rusiyaya qarşı çıxış etməsi göstərir ki, azərbaycanlılar Saakaşvili və Kiyev xuntası kimi bizə əlcək atır. Və biz bu siyasətin axırının necə olacağını bilirik. Azərbaycanda talış amili, ləzgi amili var. Bir çox digər amillər də var ki, Azərbaycan hələ onların ciddiliyini dərk etmir. Rusiyanın əlində həm dialoq, dost dilində, həm düşmən dilində danışmaq üçün çox rıçaqlar var.Yeri gəlmişkən mən heç kimi hədələmirəm. Qarabağa gəldikdə hesab etmirəm ki, Rusiya hətta ən ekstremal vəziyyətdə onun müstəqilliyini tanıyacaq. İndiki situasiya Rusiyaya daha uyğundur. Həqiqətdə əgər Rusiya Azərbaycanla başqa dildə danışmaq istəsə Qarabağdan başqa bir çox başqa amillər var. Hansı ki, Rusiya onları istənilən vaxt işə sala bilər. Sonda Rusiyanın Qarabağ rıçaqı da var və ən azından onu da istifadə edər. Rusiya hələ Qarabağ məsələsindən istifadə etməyə tələsmir, ancaq bu amil mövcuddur, bu hələlik atəş açmayan silahdır. Əgər Saakaşvili kimi antirusiya siyasəti aparsalar onun nəticələri də özünü göstərəcək. Əgər antirusiya siyasəti apamağa cəhd eləsə Ermənistana qarşı da bütün bu ssenarilər mümkündür.Mən ermənilərə çox yaxşı münasibət bəsləyirəm, azərbaycanlılara da yaxşı münasibətim var. Ancaq həqiqətdən incimək lazım deyil. BMT Baş Assambleyasında ya bizi dəstəkləmək , ya neytral qalmaq lazım idi. Əks halda bu bizə qarşı çağırışdır, elə bir vaxtda ki, Rusiya bir çox məsələlərdə Azərbaycana kompromisə gedir. Belə hərəkət etmək lazım deyildi. Bu cür situasiyada Rusiya üçün hər səs mühüm idi. Ermənistan səsvermədə özünü sadiq dost kimi göstərdi, Azərbaycan isə bizi satdı. Bu da bizim tərəfimizdən qiymətləndiriləcək. Biz susmalıyıqmı? Əlbətdə yox. Onlar özünüməhvə doğru gedirlər". Politoloqun açıqlamasında diqqəti cəlb edən məqam məhz milli azlıqlardan istifadə etməklə Azərbaycanı Ukraynanın durumuna salmaq təklifidir. Bu nə qədər mümkündür sualına isə "Unikal"a açıqlamasında politoloq Zərdüşt Əlizadə belə dedi:- "Qeyd edim ki, bir ölkədə milli azlıqlardan adətən o zaman istifadə edirlər ki, həmin ölkədə mərkəzləşmiş idarəetmə sistemi zəif olsun. Necə ki, 1987-88-ci illərdə Azərbaycan bu problemi yaşayırdı və bundan istifadə edərək Dağlıq Qarabağ problemini yaratdılar. Bu mexanizm hər zaman mövcud olub və bu gün də var. Mən Talış Muğan Respublikası yarananda bir neçə dəfə orda oldum və talışlarla söhbət edəndə görürdüm ki, onlara təlqin edilib ki, talışların belə zülm çəkməsinin başlıca səbəbi azərbaycanlı türklərdir və buna görə də müstəqil olmalıdırlar. Onlara nə isə izah etmək isə sadəcə olaraq mümkün deyildi. Amma qısa zaman ərzində Talış Muğan Respublikasının rəhbərliyi talışlara elə zülm verdilər ki, özləri buna peşman oldular. Bu baxımdan hesab edirəm ki, hər zaman milli azlıqlardan yararlanmağa çalışıblar. Heç bir problem belə olmadığı halda vəzifə, şöhrətpərəstliyə görə milli azlıqların içindən elə adamlar çıxır ki, hər şeyə hazır olurlar və Rusiyanın milli azlıqlar arasında belə adamları var. Elə götürək AXC-nin hakimiyyətə gəlməsini. Adi bir kiçik elmi işçi olan Pənah Hüseynli vəzifə, pul
istəyirdi və elə etdilər ki, o baş nazir oldu, İsa Qəmbər kimi intriqaçı parlament sədri oldu. Yəni insanların bu boşluqlarından istifadə edərək istəklərinə nail ola bilirlər. Elə sonuncu Ukrayna məsələsində də bunun şahidi olduq. Bunu da qeyd edim ki, bu tip sistemlə hərəkət edən tək Rusiya deyil. Parçalamaqla hökm etməyi daha çox sevən İngiltərə və sonra ABŞ-dır. Buna görə də Azərbaycana qarşıda lazım olarsa bu mexanizmdən istifadə ediləcəyi mümkündür. Bəli, bu gün Azərbaycanda milli azlıqlara qarşı hər hansı bir problem yoxdur və olan problemlər bütün cəmiyyətə xas ola biləcək problemdir. Amma sabah Rusiya hansısa ləzginin qulağına pıçıldaya bilər ki, sənə problemi türk yaradır və o, buna asanlıqla inanıb hərəkətə keçə bilər. Onun aldandığını ona izah etmək isə çox çətin olur. Hazırda isə rusiyalı politoloq Aleksand Duqin sanki Azərbaycana xəbərdarlıq edir ki, bunu edə bilərlər. Yeri gəlmişkən bu gün possovet ölkələrinin əksəriyyəti məhz bu cür aslılıq problemi yaşayır". Digər Rusiyalı politoloq və siyasi ekspert Stanislav Belkovski isə tamam fərqli fikirdədir:-"Bu, onun üçün məntiqi həll yoludur. Hərçənd ki, mən özümü onun yerinə qoymuram. Dağlıq Qarabağın müstəqilliyinin tanınması və ora hərbi kontingentin yeridilməsi hərbi planda elə də təhlükəli vəzifə deyil. Çünki aydındır ki, Rusiya Qarabağı tanıyacaqsa və orada hərbi kontingent yerləşdirəcəksə, nə Azərbaycan, nə Türkiyə Dağlıq Qarabağa görə vuruşmayacaq. Üstəlik bu, ikiqat zərbə olacaq, çünki Putin bütün dünyadakı erməni diasporunun, xüsusən də ABŞ-dakı erməni diasporunun dəstəyini alacaq. ABŞ, Kanada, Fransadakı erməni diasporunun dəstəyi xüsusilə mühümdür. Çünki erməni diasporu bu ölkələrdə mühüm siyasi amildir".
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49