Azərbaycan Cənubi Qafqazda yenilik edəcək
10:58 19-04-2014
CƏMİYYƏT
Azərbaycan Cənubi Qafqazda yenilik edəcək
Aprelin 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirilib.
Yığıncaqda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının direktorları, millət vəkilləri iştirak ediblər.
Ümumi yığıncaqda çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər bir imkana malik olduğunu bildirib. AMEA rəhbəri regionda ən qabaqcıl kitabxanalardan olacaq İnformasiya Resursları Mərkəzinin istifadəyə tam hazır olduğunu və müasir elmi istiqamətlər üzrə yeni institutların yaradılacağını qeyd edib.
Hazırda AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlandığını bildiribən A.Əlizadə elmi tədqiqatların prioritet istiqamətlərinin yenidən müəyyənləşdirildiyini, aparılan işlərin artıq yekun mərhələdə olduğunu söyləyib. A.Əlizadə bildirib ki, yeni texnologiyaların və innovasiyaların nümayişi, elmin təbliği, populyarlaşdırılması, gənc nəslin elmə marağının artırılması məqsədi ilə ölkədə və Cənubi Qafqazda ilk dəfə Elm festivalının keçirilməsi planlaşdırılır.
Sonra akademiyanın 2013-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev çıxış edib. R.Əliquliyev bildirib ki, hesabat ilində akademiyada mühüm islahatların yeni mərhələsinə start verilib, AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün bir sıra mühüm tədbirlər həyata keçirilib: "Elmi müəssisələrdə 162 problem çərçivəsində 504 mövzu üzrə 1402 elmi-tədqiqat işi aparılıb, 110 mühüm elmi nəticə alınıb, onlardan 55 iş tətbiq olunub. 604-dən artıq kitab, 7208-dən çox məqalə və tezis, o cümlədən xaricdə 2427-dən artıq məqalə və tezis çap etdirilib. İmpakt faktorlu jurnallarda dərc olunmuş məqalələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq, 526-nı ötmüş və onlara 3800-dən çox istinad olmuşdur. AMEA-da 24 elmlər doktoru və 124 fəlsəfə doktorluğu üzrə dissertasiyalar müdafiə edilib, elmi müəssisələr tərəfindən 68 respublika və 45 beynəlxalq səviyyəli tədbir keçirilib".
R.Əliquliyev 2013-cü ildə AMEA-da həyata keçirilən islahatlar çərçivəsində müasir dövrün tələblərindən irəli gələrək yeni institutlar yaradılmış, həmçinin bir sıra institut və təşkilatların adları dəyişdirilib.
AMEA-nın müxbir üzvü akademiyanın ölkə Prezidentinin müvafiq sərəncamı ilə 70 illik yubiley və Azərbaycan alimlərinin I Qurultayı kimi iki mötəbər tədbir ərəfəsində olduğunu deyib.
Natiq AMEA-da həyata keçirilən hüquqi islahatlardan, gənclər siyasətindən də bəhs etdi, elm və təhsilin inteqrasiyasının elmi kadrların akademiyaya cəlb olunmasında başlıca şərtlərdən olduğunu qeyd etdi.
R.Əliquliyev hazırda müzakirə mərhələsində olan "Elm siyasəti haqqında" Qanunun qəbul edilməsinin bu sahədə dövlət siyasətinin normativ-hüquqi əsaslarının gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra yığıncaqda AMEA-nın vitse-prezidentləri, akademiklər? İsa Həbibbəyli və Akif Hacıyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, akademik İsmayıl İbrahimov, AMEA Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev çıxış edərək mövcud problemlərdən söz açıblar, müxtəlif təkliflər səsləndirilib.
Ümumi yığıncağın qərarı ilə AMEA-nın hesabatı qənaətbəxş hesab edilib.
Digər Xəbərlər
2024-12-27 14:39:28
2024-12-27 14:33:16
2024-12-27 14:30:28
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12