Mübariz Əhmədoğlu: ""Erməni soyqırımı"nın bütün dünyada tanınması yalnız Rusiyanın hesabınadır"
06:19 07-05-2014
CƏMİYYƏT
Mübariz Əhmədoğlu: ""Erməni soyqırımı"nın bütün dünyada tanınması yalnız Rusiyanın hesabınadır"
Ermənilərin ümummilli məsələlərində Rusiyaya münasibəti diqqəti cəlb edir
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq hesab edir ki, "erməni soyqırımı"nın bütün dünyada tanınması yalnız Rusiyanın hesabınadır: "Soyqırım"ın 50 illiyi ərəfəsində, dünya siyasətində heç bir rolu olmayan Uruqvay "erməni soyqırımı"nı rəsmən tanıdı. 1965-ci ildən 1995-ci ilədək heç bir dövlət "erməni soyqırımı"nı tanımayıb. Lakin 1995-ci ildə Rusiya Dövlət Duması "erməni soyqırımı"nı tanıdı. Bununla da digər iri dövlətlərdə "erməni soyqırımı"nın tanınması prosesi başladı. Fransa 2001-ci ildə "erməni soyqırımı"nı tanıyıb. Bu, Rusiyanın roluna dair ən bariz misal olsa da, naşükür ermənilər Rusiyanın bu rolunu görmək istəmirlər. Rəsmi Moskva ermənilərin Kəsab hadisələrini "soyqırım" adlandırıb mövzunu dünya miqyasında aktivləşdirmək niyyətini dərhal dəstəklədi. Hətta Kəsab hadisələrində rəsmi Moskva özünü rusdan daha çox erməni kimi göstərdi. Az sonra prezident Serj Sarkisyan Suriya, o cümlədən Kəsab hadisələrində ermənilərin neytrallığını bəyan etdi".
M.Əhmədoğlu deyib ki, məqsəd Rusiyanın "erməni soyqırımı"nı tanımasını təqdir etmək deyil, Ermənistanın Rusiyaya münasibətini göstərməkdir: "Uzun müddət bizim ictimaiyyətimiz üçün Ermənistan-Rusiya münasibətlərinin mahiyyətinin açıqlanması aktual olmalıdır. Belə ki, ermənilər, eləcə də Qərbdəki bəzi qüvvələr Dağlıq Qarabağın Azərbaycana qayıtmasını yubatmaq üçün Rusiya xofundan istifadə edirlər. Qərb artıq bu mövzuda Azərbaycanda öz şəbəkəsini yaradıb. Rusiyanın Azərbaycanla münasibətlərində problem var və bu problemin mənbəyi Rusiyadır. O da nəzərə alınmalıdır ki, Rusiya-Ermənistan münasibətlərində problem Rusiya-Azərbaycan münasibətlərindən qat-qat çoxdur və həmin problemin mənbəyi ermənilərdir".
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54