FHN Dövlət Yanğın Nəzarəti Xidməti Qəbələdə seminar-müşavirə keçirib
06:20 07-05-2014
CƏMİYYƏT
FHN Dövlət Yanğın Nəzarəti Xidməti Qəbələdə seminar-müşavirə keçirib
Respublikamızda insanların təhlükəsiz yaşamasına göstərilən qayğı hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında müşahidə edilən gerçəklikdir. Fövqəladə Hallar Nazirliyi fəaliyyət göstərdiyi dövr ərzində insanların təhlükəsizliyinin, o cümlədən yanğından mühafizə olunmasınını daha da etibarlı təmin etmək istiqamətində bir sıra mühüm işlər həyata keçirilib, ölkənin maddi sərvətlərinin yanğından qorunmasını daha etibarlı təmin etmək üçün qabaqlayıcı tədbirlərin əhatəsi genişləndirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə bir sıra təsirli tədbirlər görülüb.
Fövqəladə Hallar Nazirliyinin diqqət mərkəzində saxladığı vacib sahələrdən biri də dənli və texniki bitkilərin yanğından qorunması, biçin vaxtı, məhsulun daşınması və emalı dövründə yanğın təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasıdır.
Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə şəhərində, Yevlax və Ağdam rayonlarından sonra Qəbələdə "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda keçirdiyi seminar-müşavirədə də məhz dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr respublikanın Şmal-Qərb bölgəsini əhatə edən rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafizəsi və Bərpası müəssisələri, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş şəkildə müzakirə olunub.
Seminar-müşavirədə DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi daxili xidmət polkovniki Hikmət Xudiyev qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən ətraflı söhbət açıb. Qeyd olunub ki, mövsüm ərzində siqaret çəkilən zaman ehtiyatsızlıq, uşaqların odla ehtiyatsız davranışı, texnikaların hərəkət hissələrinin və detallarının dağılması, hərəkətli mexanizimlərə kənar əşyaların düşməsi, elektrik avadanlıqlarının texniki istismar qaydalarının pozulması, nəqliyyat vasitələri sistemlərinin, mexanizmlərinin və hissələrinin, qığılcımsöndürən qurğuların nasazlığı, təndirdən və ocaqdan düşən qığılcım, sobaların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması, biçilmiş sahələrin yandırılması, elektrik avadanlıqlarının quraşdırılması qaydalarının pozulması səbəbindən 2013-cü ildə ildə respublika ərazisində 35 ton dənli, texniki və paxlalı bitki, 2702 ton yem, dənli, texniki və paxlalı bitki əkilmiş 666 hektar sahə yanaraq məhv olub. Yem məhsullarının yanması nəticəsində 739 min manat, texniki və paxlalı bitki əkilmiş sahələrin yanması nəticəsində isə kənd təsərrüfatı zəhmətkeşlərinə 231 min manat maddi ziyan dəyib.
Seminar müşavirədə yay mövsümünün başlanması ilə əlaqədar respublika ərazisindəki meşə və meşə zolaqlarının, meşə ətrafında yerləşən obyektlərin yanğın təhlükəsizliyini təmin etmək geniş müzakirə obyekti olub. Meşələrin yanğın təhlükəsizliynin təmin olunması ilə əlaqədar bir sıra zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyinə toxunalaraq qeyd edilib ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası müəssisələri tərəfindən meşə və meşə zolaqlarının müvafiq normativlərə uyğun olaraq yanğından müdafiə sistemləri, o cümlədən ilkin yanğınsöndürmə vasitələri ilə tam şəkildə təchiz edilməsi, meşə və meşə zolaqlarındakı müvəqqəti istirahət yerlərində siqaret çəkənlər üçün xüsusi yerlərin ayrılması, meşə və meşə zolaqlarının zəruri texnikalarla - avtomobil, traktor, buldozerlərlə təmin edilməsi, yanğına qarşı təbliğat işinin aparılması kimi vacib məsələlərə diqqət artırılmalı, meşə sahələri, meşə yolları və digər yerlərlə həmsərhəd olan sahələrin yanğın əleyhinə şumlanmasına, FHN-nin vəzifəli şəxslərinin göstərişlərinin, qərarlarının, digər qanuni tələblərinin icrasına daha ciddi münasibət bəslənilməlidir.
Seminar-müşavirədə yanğına qarşı təbliğat işinə də geniş yer verilib, "Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri", "Meşə sahələrində yanğın təhlükəsizliyi tədbirləri" mövzularında mühazirələr dinlənilib.
Tədbirdə yanğınların statistikası və təhlilinə istinad edilərək yanğınların baş verdiyi yerlərdə ilkin yanğınsöndürmə vasitələrinin olmaması, insanların bu vasitələrin təyinatını bilməməsi və onlardan düzgün istifadə etməmələri yanğınların genişlənməsinin başlıca səbəblərindən biri kimi qiymətləndirilib və ilkin yanğınsöndürmə vasitələrinin, o cümlədən avtomatik yanğınsöndürmədə yeni texnologiya olan Tailandda istehsaal olunmuş avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri, istifadə qaydası haqqında ətraflı məlumat verilib.
Müşavirədə yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlayıcı tədbirlərlə yanaşı əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə toxunulraq qeyd olunub ki, təhlükəsiz və sağlam əmək şəraitinin təmin ounması üçün işçilər əməyin mühafizəsi üzrə təlimatlara, əmək və istehsalat intizamına əməl etməlidirlər.
Sonda dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakatlar seminar-müşavirə iştirakçılarına paylanılıb, Xidmət tərəfindən təşkil olunmuş yanğın texniki sərgi və video-stend nümayiş etdirilib.
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27