Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirilib
06:21 07-05-2014
CƏMİYYƏT
Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirilib
Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirilib
Azərbaycanın regionlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin rəhbərlərinin və əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli Mərkəzin fəaliyyəti haqqında geniş məlumat verib.
Onun sözlərinə görə, Heydər Əliyev Mərkəzi ümummilli lider Heydər Əliyev irsinin araşdırılması və təbliği istiqamətində, elm, iqtisadiyyat, ekologiya, mədəniyyət sahələri də daxil olmaqla, çoxşaxəli fəaliyyət göstərir.
Bildirilib ki, Heydər Əliyev Mərkəzi vahid bir hədəfdən, yəni insanlıq üçün, cəmiyyət üçün faydalı işlər görmək və ulu öndərin əsas ideyalarını insanlara çatdırmaq kimi vacib istiqamətdə layihə və proqramlar, tədbirlər həyata keçirir: "Heydər Əliyev Mərkəzinin təşkil etdiyi tədbirlərə, müxtəlif sərgilərə nəinki Azərbaycan vətəndaşları, hətta digər ölkələrdən ziyarətçilər gəlirlər. Fəaliyyətə başladığı qısa müddət ərzində Mərkəz başqalarının uzun müddət ərzində keçə biləcəyi yolu qısa zaman kəsiyində fəth edib. Fəxr ediləcək məqam ondan ibarətdir ki, dünyanın hər yerində Heydər Əliyev Mərkəzi və onun fəaliyyət missiyası haqqında kifayət qədər məlumat vardır".
A.Kərimli əlavə edib ki, Heydər Əliyev Mərkəzi artıq minlərlə xarici ölkə vətəndaşının ziyarət etdiyi bir məkana çevrilib. Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından Heydər Əliyev Mərkəzinin özünəməxsus yeri var.
Qeyd olunub ki, Heydər Əliyev Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri və muzeylərinin fəaliyyətinə dəstək olub. Heydər Əliyev Mərkəzinin əsas hədəf götürdüyü istiqamətlər və keçirdiyi layihələr respublikadakı digər Heydər Əliyev mərkəzləri və muzeyləri üçün bir mənbə kimi gələcək səmərəli əməkdaşlığa əsas ola bilər.
Sonra çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrdə milli-mənəvi sərvətlərimizin qorunması, mədəniyyət abidələrinin, diyarşünaslıq muzeylərinin tikintisi, dini ocaqların bərpası, bu yolla tariximizin yaddaşlara yazılması istiqamətində gördüyü əvəzsiz xidmətlərdən söhbət açıblar.
Qeyd olunub ki, ümummilli liderin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan, ölkəni davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti tariximizin mühüm mərhələsini təşkil edir. Çıxış edənlər bildiriblər ki, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın ali qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyən edilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevin xidmətləridir.
Bildirilib ki, müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynayıb. Milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti sayəsində strateji dövlət siyasətinə keçib və nəticədə azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilib.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi və burada yaradılan Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44