Dövlət Əmək Müfəttişliyi Xidməti laboratoriyalarının fəaliyyətini yenidən qurur
06:34 07-05-2014
İQTİSADİYYAT
Dövlət Əmək Müfəttişliyi Xidməti
laboratoriyalarının fəaliyyətini yenidən qurur
Bununla bağlı Almaniya təcrübəsinin öyrənilməsinə başlanıldı
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin başçılıq etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub. Səfər nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturunda olan laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi və yenidən qurulması ilə bağlı olaraq, bu sahədə Almaniya təcrübəsinin öyrənilməsi məqsədinə xidmət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfərin ilk günü nümayəndə heyəti Almaniyanın Köln şəhərindəki enerji, tekstil, elektrik, mətbuat sahələri üzrə Peşə Assosiasiyasının (BG ETEM) direktoru Jens Jühling, Almaniya Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının (DGUV) beynəlxalq əlaqələr şöbəsinin direktoru Gregor Kemper, Laboratoriyanın digər əməkdaşları ilə rəsmi görüş keçiriblər.
BG ETEM-in bir sıra test laboratoriyalarının fəaliyyət mexanizmi ilə tanış olan nümayəndə heyəti DGUV-un baş direktoru Joahim Breyerlə də görüşüb. Görüşdə təşkilatın nəzdindəki Xəstəliklərin Qarşısının Alınması və İstehsalat Təbabəti, Əməyin Mühafizəsi, Əmək və Sağlamlıq İnstitutlarının, Peşə Assosiasiyalarının fəaliyyəti haqqında məlumatlar əldə olunub.
İ. İsayev qarşılıqlı əməkdaşlığın yüksək qiymətləndirildiyini və əməkdaşlığın Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Nazir müavini çıxışında Dövlət Əmək Müfəttişliyi Xidmətinin laboratoriyalarının fəaliyyətinin qarşılıqlı əməkdaşlıq şəraitində yenidən təşkil edilməsi və gücləndirilməsi ilə bağlı köməklik göstərilməsi məsələsini qaldırıb və qarşı tərəf bu təklifi qəbul edib.
Səfər zamanı nümayəndə heyəti Nürnberq şəhərində İnşaat sahəsində Assosiasiyanın Təhlükəsizlik üzrə Praktiki Mərkəzinin fəaliyyəti ilə də tanış olub. Keçirilən görüşlərdə Azərbaycanda əməyin mühafizəsi normalarına uyğunluğun ölçülməsi üçün xüsusi laboratoriyaların yaradılmasında, onların müvafiq avadanlıqlarla təchiz olunmasında Almaniya ilə gələcək əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53