Sürücü, yoxsa çoban?
07:00 14-05-2014
CƏMİYYƏT
Sürücü, yoxsa çoban?
Qəza zamanı heyvanları vuranların sığorta dərdi
Turizm mövsümündə avtomobillə səyahət edənlərin çoxalması bölgələrdə avtomobil qəzalarının sayını da artırır. Sığorta şirkətlərindən verilən məlumata görə, istirahət mövsümündə heyvanların iştirakı ilə baş verən qəzalara daha tez-tez rast gəlinir. Bu da yolu keçən heyvanlarla əlaqədardır.
"Standard Insurance" sığorta şirkətinin baş mütəxəssisi Fərid Məlikov bildirib ki, şirkətdə hər il 5-6 belə qəza baş verir: "Adətən avtomobillər at, mal-qara, qoyun sürülərini vururlar". Belə qəzalarda heyvan sahiblərinə təqribən 1200, sovet istehsalı olan ucuz maşınlara 3 min manata qədər, bahalı avtomobillərə 7-10 min manat arasında ziyan dəyir: "Adətən belə hallarda avtomobilin ön hissəsi daha çox əzilir".
Belə qəzalarda dəyən zərərə görə günahkarın müəyyən edilməsi və sığorta ödənişinin verilməsi hadisənin necə baş verməsindən asılıdır. Bu zaman vəziyətdən asılı olaraq həm kasko sığorta, həm də avtomobil sahibinin icbari sığortası işə düşür.
"Buta sığorta" şirkətinin nümaynədəsi Daşdəmir Niftəliyev fins.az-a bildirib ki, əgər nəzarətsiz qalmış heyvan avtomobil yoluna çıxıb qəzaya səbəb olursa, günahkar heyvanın sahibidir. Belə olan halda avtomobilə dəyən zərər onun kasko sığortası hesabına sığorta şirkəti tərəfindən ödənilir (əgər kasko sığortası varsa). Sonradan sığorta şirkəti bu məbləği subroqasiya vasitəsilə heyvanın sahibindən alır.
Belə hadisələrdən biri ötən ilin noyabrında "Standard Insurance" sığorta şirkətində qeydə alınıb. Şirkətin baş mütəxəssisi Fərid Məlikov bildirib ki, ötən il Salyan ərazisində "QAZ 31" markalı avtomobil qəflətən yola çıxan qoyun sürünü vurmuşdu. Sürünün sahibinə 5 min, avtomobilə isə 1000 manata qədər ziyan dəymişdi: "Amma hadisə çobanın səhvi nəticəsindən baş verdiyi üçün avtomobilə dəymiş zərəri də o təmin etdi".
Qeyd edək ki, heyvanların vurulmasına görə avtomobilə dəyən zərər standart kasko sığorta paketinə daxildir və bu riski əldə etmək üçün əlavə sığorta haqqı ödəmək tələb olunmur.
Yeri gəlmişkən, belə halların heç də hamısı sahibli heyvanlarla əlaqədar deyil. Bəzən maşınlar sahibsiz və ya vəhşi heyvanları da vururlar. Belə hallarda dəyən zərər yalnız avtomobilin kasko sığortası hesabına təmin olunur. Əgər kasko sığorta yoxdursa, sürücü avtomobilini özü təmir etdirməlidir.
"Buta Sığorta"nın Sığorta hadisələri departamentinin meneceri Ceyhun Məmmədovun sözlərinə görə, hər il şirkətdə avtomobillərlə heyvanların vurulması ilə bağlı 10-15 hadisə baş verir: "Maşınla it, tülkü, çaqqal, mal-qara, qoyun, hətta at da vurulur. Amma avtomobillər ən çox it vururlar". Ekspertin sözlərinə görə, belə qəzalarda ən çox zərər iti vuranda baş verir: "Belə qəzalarda 1000 manata qədər zərər dəyir".
Heyvanlar yolu qaydalar çərçivəsində, yəni xüsusi yol işarəsi olan keçidlərdən keçdikdə isə baş verən hadisəyə görə günahkar tərəf sürücü olur. Onda sürüyə dəyən zərər sürücünün icbari sığortası hesabına ölənilir.
F.Məlikov əlavə edib: "Mal-qara sahibləri heyvanları xüsusi yol işarəsi olan keçidlərdən keçirməlidirlər ki, belə hadisələr baş verməsin. Eyni zamanda, magistralların, əsas yolların altında bunun üçün tunellər olmalıdır".
Maraqlı qəzalardan bir də 2012-ci ilin sentyabr ayında baş verib. Cəlilabad rayonu ərazisində gecə saatlarında "Daewoo" qəflətən qarşısına çıxan atı vurub. Zərbənin təsirindən at avtomobilin salonuna daxil olub. At ölsə də, avtomobilin sahibi xəsarət almayıb. Ancaq maşının sahibinə 6000 manata qədər ziyan dəyib.
Aliyə
Digər Xəbərlər
2024-12-27 12:40:12
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:19:21
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35