Təhsil Şurasının sədri: "Nazirin əmri müəllimlərin təkmilləşməsi üçün başlanğıc olacaq"
07:08 14-05-2014
CƏMİYYƏT
Təhsil Şurasının sədri: "Nazirin əmri müəllimlərin təkmilləşməsi üçün başlanğıc olacaq"
Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirməsi barədə əmr verib. Bu əmr bir çox dairələrdə maraqlı qarşılanıb. Təhsil Şurasının sədri Əjdər Ağayev açıqlamasında təhsil sahəsində çalışan müəllimlərin bilik və səriştəsi barədə danışıb.
Onun sözlərinə görə, müəllimlər biliklərini hərtərəfli inkişaf etdirməlidirlər: "Maarifçilik fəaliyyətində müəllimin bir vəzifəsi tədris işi, yəni dərs keçmək, təlim-tərbiyə işi ilə məşğul olmaqdırsa, digər vəzifəsi də özünü aparmaqdır. Buna özünütəsdiq deyirlər. Əvvəllər müəllimlər psixoloji, sosioloji, ideoloji kitablar oxuyar və həmin kitablardan öyrəndiklərini tətbiq də edərdilər. Sonra zamanlar müəllimlər bu qədər özlərini oxumaqdan təcrid ediblər. Nəticədə bəzi müəllimlər təkmilləşməyiblər. Sadəcə, gündəlik mövzu nədirsə, onu tədris edir. Bəzi müəllimlər yeni təlim texnologiyalarını şablondan götürür, bəziləri onu da götürmür. Ona görə də təhsilin təsiri yaxşı olmur, uşağın təhsilə marağı azalır. Bütün bunları aşılamaq üçün Bakı şəhər Təhsil İdarəsi Təhsil Nazirliyinin razılığı ilə müəllimlərlə tədqiqi xarakterdə monitorinq keçirməklə onların nə oxuduğunu dəyərləndirdi. Müəllimlərlə bağlı bu proses ardıcıl getsə, hərəkata çevriləcək. Nəticədə müəllimlər öz üzərində işləyəcək".
Əjdər Ağayev nazir Mikayıl Cabbarovun əmrinə də münasibət bildirib: "Təkmilləşdirmə prosesini məqbul hesab edirəm. Təkmilləşdirmə məcbur edir ki, müəllim öz üzərində işləsin, öyrənsin, müasir texnoloji məsələlərdən xəbərdar olsun. Müəllimlər unutmasınlar ki, indi əvvəlki şərait deyil. Yenilikləri bilmək lazımdır. Bütün müəllimlər təkmilləşsələr, bu təlimin keyfiyyətinə də təsir göstərər. Mənə elə gəlir ki, bu təhsil sayəsində çox yaxşı başlanğıcdır".
Digər Xəbərlər
2024-11-02 21:25:41
2024-11-02 19:18:18
2024-11-02 18:40:05
2024-11-02 18:02:40
2024-11-02 17:50:12
2024-11-02 17:10:10
2024-11-02 16:43:08
2024-11-02 13:34:23
2024-11-02 13:28:16
2024-11-02 13:22:15
2024-11-02 12:45:19
2024-11-02 11:49:24
2024-11-02 10:59:26
2024-11-02 10:25:05
2024-11-02 09:16:28
2024-11-02 00:42:30
2024-11-01 20:46:23
2024-11-01 20:41:58