"Olland müxalifətlə dəftərinə quş qoymaq üçün görüşdü"
"Azərbaycanda səfirliklərin bir seçimi olur. Bu seçim onun üzərində qurulur ki, Azərbaycanda hədəflərinə çatmayan, hakimiyyət uğrunda mübarizədə uğursuzluq sindromu yaşayan nakam bir müxalifət var. Bu səfərlər onlara təsəlli vermək üçün düşünülən bir yoldur".
Bunu virtualaz.org saytına açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa Fransa prezidenti Fransua Ollandın Bakıda müxalifət liderləri ilə görüşündə iştirak etməməsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, bu cür görüş kiçik marginal qrupları dəstəkləmək yoludur: "Bunu vaxtilə ingilislər də edirdi. Hər bir ölkədə xırda təriqətləri, kiçik qrupları dəstəkləyirlər. O qruplarda dəyişiklik yaratmaq fikrində olmurlar, amma istənilən an qarışıqlıq yaratmaq düşüncəsində olurlar".
F.Mustafanın fikrincə, bu görüşlərin ölkədə demokratiyanın inkişafına faydası yoxdur: "İstər ABŞ, istərsə də digər ölkələrin rəsmiləri gələndə sadəcə olaraq dəftərə "quş qoymaq", guya ki, plüralizmə əməl etdiklərini göstərmək üçün bu cür görüşlər keçirirlər. Bu görüşlər faktiki olaraq ölkədə demokratiyanın inkişafına heç bir fayda vermir. Belə görüşlərdə müəllim-şagird münasibətləri olur. Sadəcə olaraq bunlardan soruşurlar ki, nə şikayətiniz var. Sonra da deyirlər ki, yaxşı, baş üstə, şikayətinizi lazımi ünvanlara çatdırarıq. Belə deyirlər, amma hakimiyyətlə yaxın münasibətlərini davam etdirirlər".
F.Mustafa bu görüşdə iştirak etməməsindən məmnun olduğunu söylədi: "Demokratiya istəyənlər daha çox bir tərəflə yaxın münasibətdə olurlar. Görürük ki, istər ABŞ, istərsə də Fransa rəhbərliyi hakimiyyətə yaxındır və onlar nə istəyirlərsə, onu da həyata keçirirlər. Ona görə də bu cür görüşlərin heç bir mənası yoxdur. Mən məmnunam ki, bu cür görüşlərdə iştirak etmirəm. Çünki fərdi qaydada şəxsiyyətə hörmət etmirlər. Beş nəfərin içinə qatıb rəy soruşurlar ki, ümumi şikayətinizi nədir. Amma bir fikir mübadiləsi olsa, "ölkədə demokratiyanın inkişafı üçün Fransa nə dəstək verə bilər, hansı addımlar ata bilər" sualları istiqamətində polemika olsa, bu görüşü müsbət qarşılamaq olar. Bu formada görüşlər isə sadəcə olaraq təsəlliverici qol kimi bir şeydir".
Digər Xəbərlər
2025-02-26 18:06:04
.png)
2025-02-26 18:00:47

2025-02-26 17:44:04

2025-02-26 17:28:54

2025-02-26 17:17:17
2025-02-26 17:13:56

2025-02-26 17:00:46

2025-02-26 17:00:00

2025-02-26 16:46:18

2025-02-26 16:30:00

2025-02-26 16:11:00

2025-02-26 16:06:57

2025-02-26 16:05:53
.jpg)
2025-02-26 15:44:08

2025-02-26 15:21:43

2025-02-26 14:42:41

2025-02-26 14:14:14

2025-02-26 14:01:00

2025-02-26 13:57:35

2025-02-26 13:47:03
