Azərbaycan iqtisadiyyatında muzdla işləyənlərin sayı 2 milyona yaxınlaşır
2014-cü il aprelin 1-inə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln. 510,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 900,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 22,4% təhsildə, 18,7% ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,9% sənayedə, 8,6% əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7% tikintidə, 5,1% nəqliyyat və anbar təsərrüfatında, 3,6% peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7% informasiya və rabitə sahəsində və 17,1% iqtisadiyyatın digər sahələrində məşğul olub.
Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 434,3 manat təşkil edib.
İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Digər Xəbərlər
2025-02-26 17:44:04

2025-02-26 17:28:54

2025-02-26 17:17:17
2025-02-26 17:13:56

2025-02-26 17:00:46

2025-02-26 17:00:00

2025-02-26 16:46:18

2025-02-26 16:30:00

2025-02-26 16:11:00

2025-02-26 16:06:57

2025-02-26 16:05:53
.jpg)
2025-02-26 15:44:08

2025-02-26 15:21:43

2025-02-26 15:04:47

2025-02-26 14:42:41

2025-02-26 14:14:14

2025-02-26 14:01:00

2025-02-26 13:57:35

2025-02-26 13:47:03

2025-02-26 13:37:33
