Azərbaycanda sahibkarların neçə faizi qadındır?
"Azərbaycanda ilbəil qadın sahibkarların sayı artır. Artıq ümumi sahibkarlığın 17%-ni qadın sahibkarlar təşkil edir". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.
O bildirib ki, bu gün qadınlar arasında böyük bizneslə məşğul olanların sayı az olsa da, kiçik bizneslə məşğul olanlar çoxluq təşkil edir: "Elə biz də qadınları daha çox kiçik sahibkarlığa cəlb edirik. Bunu etməkdə əsas məqsəd ailədə, cəmiyyətdə qadınları iqtisadi cəhətdən gücləndirməkdir. Sabirabad rayonunda artıq ikinci ildir ki, maraqlı layihə həyata keçiririk. Layihədə evdar qadınlar kiçik sahibkarlığa cəlb olunur. Eyni zamanda o rayonda Qadın Resurs Mərkəzi də yaradılıb. Həmin mərkəzdə təşəbbüs göstərən evdar qadınlara kiçik biznesə qatılmaq uğrunda seminarlar, treninqlər təşkil olunur. Bu gün artıq orada 9 qadın kiçik biznesə qatılıb".
Komitə rəsmisi qeyd edib ki, bu layihəni başqa rayonlarda da həyata keçirəcəklər: "Bu pilot layihə idi. Başqa rayonlarda da həmin Qadın Resurs mərkəzlərini açmaq istəyirik. Düşünürük ki, həmin mərkəzlərin yaradılmasına ehtiyac var. Çünki bu təcrübə özünü doğrultdu".
Digər Xəbərlər
2025-02-26 17:44:04

2025-02-26 17:28:54

2025-02-26 17:17:17
2025-02-26 17:13:56

2025-02-26 17:00:46

2025-02-26 17:00:00

2025-02-26 16:46:18

2025-02-26 16:30:00

2025-02-26 16:11:00

2025-02-26 16:06:57

2025-02-26 16:05:53
.jpg)
2025-02-26 15:44:08

2025-02-26 15:21:43

2025-02-26 15:04:47

2025-02-26 14:42:41

2025-02-26 14:14:14

2025-02-26 14:01:00

2025-02-26 13:57:35

2025-02-26 13:47:03

2025-02-26 13:37:33
