Məmurların tikinti biznesinə yeni təhlükə
11:23 15-05-2014
İQTİSADİYYAT
Məmurların tikinti biznesinə yeni təhlükə
MMC-lərə tikinti ilə məşğul olmaq qadağan edilə bilər
Mayın 14-də Respublika Prokurorluğunda daha iki tikinti şirkəti haqqında cinayət işi qaldırılıb. Yenə də bəlli olub ki, şirkət inşası heç də başa çatmayan binada virtual mənzilləri bir neçə nəfərə satıb.
Mənzillər yoxdur, nə zaman inşa ediləcəyi bəlli deyil, amma həmin evlərin bir neçə sahibi var. Söhbət heç də müştərilərdən getmir, məhz pul ödəyib evsiz qalan sahiblərdən gedir".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov mənzil tikintisi sahəsində hökm sürən qanunsuzluqlar barədə danışarkən bildirib ki, problemə bir müddət öncə toxunmağına və təklifləri hökumətə təqdim etməyinə baxmayaraq təəssüf ki, bu sahədəki nöqsanlar qalmaqdadır: vətəndaşlar aldadılır, cinayət işləri açılır, həbslər olur amma mənzil almaq üçün illərlə qənaət edən vətəndaşların pulları mənimsənilir: "Əvəlla, Ukraynada olduğu kimi Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb-səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu eyni zamanda, şirkətlərin şəffaf işləməsinə imkan yaradır.
İkincisi, satılan mənzillərin elektron qeydiyyatını aparılması icbari xarakter daşımalıdır. Yəni, məsələn, yeni inşa edilən binada 3-cü blok 10 saylı mənzil satılbsa artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzil artıq satıldığını bilir.
Üçüncüsü, Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) tikinti ilə məşğul olması birmənalı şəkildə qadağan edilməlidir. Doğrudur, hal-hazırda mənzil sənədləri verilən zaman şirkətin statusunun MTK olması tələb edilir. Bununla belə, praktika göstərir ki, vətəndaşları aldadanlar da məhz MMC kimi fəaliyyət göstərən cəmiyyətlərdir. Məsuliyyəti məhdud olduğuna görə vətəndaşlar aldadılanda, onların qarşısında öhdəliklər yerinə yetirilməyəndə həmin quruma qanunvericiliklə təsir imkanı xeyli məhduddur. Onların qanuna əsasən məsuliyyəti məhdud olduğuna görə öhdəlikləri də məhdud olur. Bəzi hallarda aşkarlananda ki, MMC-lər vətəndaşları aldadırlar, o halda belə vətəndaşlara dəymiş ziyanı bərpa etmək mümkün olmur və ya vətəndaşların hüquqlarının qorunmasında problem yaranır.
Dördüncüsü, mənzillərin satılması zamanı nağd ödənişlər qadağan edilməlidir. Ödənişlər yalnız banklar vasitəsi ilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı isə bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir.
Beşincisi, qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha da ağırlaşdırılmasına ehtiyac var. Çünki bu məsələdə inzibati metodlar da az təsirə malik deyil".
Hökumətin bu təklifləri nəzərə alıb-almayacağını demək çətindir. Amma tikinti ilə məşğul olan MMC-lərin əhəmiyyətli hissəsinin bir çox iri məmurların birbaşa və dolayı yolla nəzarətində olduğunu nəzərə alsaq, onların bunu mümkün yolla əngəlləməyə çalışacaqları birmənalıdır.
Hökumət isə daha çox vətəndaşın tikinti fırıldaqçılarının qurbanına çevrilməməsi üçün iqtisadçıların önə sürdüyü təklifləri diqqətlə incələməli və lazım olan addımlar atmalıdır. Düzdür, bundan məmurların tikinti zərbəsi itirəcək, amma əvəzində vətəndaşlar qazanacaq.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23