RUH adamının RUH DÜNYASI
11:42 15-05-2014
CƏMİYYƏT
RUH adamının RUH DÜNYASI
Xarı bülbüllü bir xatirə
Hər kəs gül bayramını qeyd edirdi. Gül yaxşıdır. Elə bayram da. Heydər Əliyev isə.. baxmayaraq ki, mən dahiləri öyməyi, liderləri mədh etməyi sevmirəm,amma Heyədr Əliyev haqqında nə qədər şirin xatirələr, sözlər desəndə az olar. Bu ayrı mövzudur ee. Mövzum indi Heydər Əliyevində hər saniyyə yad edildiyi gül bayramı ilə bağlıdır. Ölkəmə yaraşan bayram. O bayram ki, bütün Bakını güldən saraya çevirir. Birmənalı qarşılanmır.
Amma vallah tökülən pulların ünvanını bilərəkdən gülə tökülən pula bir o qədər heyifim gəlmir nəsə. Gül axı həm də ruh insanı üçün qidadır. Gül həm də bu gün mənim olmayan Qarabağımı xatırladır mənə. Göyçənin çəmənlərini gözlərim önünə gətirir. Bəlkə ona görə ki, mən lap elə Göyçədən çəmənlər gül açanda qovulmuşdum. Son gördüyüm də elə güllü çəmən idi..
Hər il gül bayramında üzüm də gülürdü. Amma mən hələ bu ilki kimi ağlamamışdım. Özü də Göyçədən çıxdığım günki kimi.. ürəkdən və uca səslə.. Gül bayramlarında ənənəvi, qeyri-standart, milli, əcnəbi nə qədər gül və ona bənzər nəsə varsa hamısı gətirilir ölkəyə. Amma hələ bu vaxta qədər heç kəs Xarı bülbülü gətirməmişdi. Ağıllaramı gəlməmişdi, yoxsa onun varlığınamı yadırğamışdıq bilmirəm..
Heydər Əliyev bir ömür yaşadı. Bir tarix yaşadı. Bütöv vahid Azərbaycan deyərək də bu dünyadan köç edib getdi. Bütöv Azərbaycanının ən gözəl, amma ən nisgilli gülü də məhz elə Heydər Əliyevin öz doğulduğu ayda açır. May ayında.
Mən bu gül bayramında bir başqa cür oldum. Sanki bir ömrün bütöv bir səhifəsi bir gül bayramında yaşandı Binəqədidə. Hər yerdən Heydər Əliyev səsi gəlirdi. Sanki hər cümləsilə yenə zəhmini və kövrəkliyini yaşayırdıq o gün. O günün bir sonu da oldu: balaca, boynu bükük bülbülün qonduğu çiçəyi xatırladan xarı bülbülün əzəmətli, simvolik dönüşü. Özü idi. Uşaq vaxtı Göyçədən Şuşaya yol alanda yaylaqda gördüyüm xarı bülbül idi. Uşaqlığım idi.. müharibə idi.. itirdiyim dostum Aslan idi.. müharibənin nəslimdən aldığı Ülvi Bünyatzadə idi.. mənim məhv olan gəncliyim idi.. beli bükülən anam idi.. qəddi əyilən atam idi.
Mən sağ ol deməyi çox sevmirəm. Amma mənə və mənim kimi DİDƏRGİNLƏRƏ bir Vətən gülü gətirdiyiniz üçün sağolun Xaləddin müəllim. Bu sərtliyin arxasında bir ruh yatırmış. O ruha halal olsun! Və... Xaləddin İsgəndərov yaddaşıma tək Binəqədi rayon icra hakimiyyətinin başçısı kimi yox, həm də bir RUH ADAMI kimi yazıldı...
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27