Mübariz Əhmədoğlu: "Hökumətin iclaslarını ABŞ səfirinin idarə etdiyi Ermənistandan Rusiya səfirini qovmağa hazırlaşırlar"
11:45 15-05-2014
CƏMİYYƏT
Mübariz Əhmədoğlu: "Hökumətin iclaslarını ABŞ səfirinin idarə etdiyi Ermənistandan Rusiya səfirini qovmağa hazırlaşırlar"
Ermənilərin gücü Rusiyanı aldada bilmələrindədir. Bu gün dünya erməniliyinin vəziyyəti ürəkaçan deyil. Ermənistanı sosial-iqtisadi problemlər bürüyüb, miqrasiya ölkəni xarabazara çevirir, geosiyasi baxımdan Ermənistan hər an Kəsaba çevrilə bilər. Dünya erməniliyinin də vəziyyəti təxminən belədir.
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib: "Yaxın Şərqdə erməni diaspor mərkəzləri qalmadı. ABŞ və Avropadakı erməni təşkilatları bu regionları bürümüş maliyyə-iqtisadi probleminə daha çox məruz qalıblar, assimilyasiya diaspor ermənilərinin "ağ ölümünə" çevrilib. Ermənistanda və dünya erməniliyində güclənən yalnız erməni etno-kriminallığıdır. Yaranmış vəziyyətdə erməni başbilənləri vəziyyətdən çıxış yolunu axtarırlar. Bu elə də asan məsələ deyil".
M.Əhmədoğlu hesab edir ki, Rusiyanın erməniləri qərbin əleyhinə işlətməyə imkanı yoxdur: "Qərbin isə erməniləri Rusiyanın əleyhinə işlətməyə gücü, bacarığı və arzusu vardır. Ona görə ermənilər özlərinə indiki vəziyyətdə lazım olan geosiyasi və maliyyə dividentini yalnız antirusiyaçılıqdan qazana bilərlər və onlar bunu edirlər. Rusiyanın siyasi elitası çoxdandır ermənilərdən asılı vəziyyətdədir. Ermənilər rus xalqının xarakterindən uğurla istifadə edib, özlərini ruslara yaxın kimi göstəriblər, həm də indi bir qrup tanınmış dövlət, siyasi və ictimai xadim rus ermənilərdən asılı vəziyyətdədir və onların şantajından qorxurlar. Ona görə Rusiyanın Ermənistana təzyiqi artdıqca Ermənistan da antirusiya mahiyyətini daha da gücləndirir".
Politoloqun sözlərinə görə, son bir neçə gündə 4 yeni belə element üzə çıxdı:
I. Ermənilər ABŞ-dan SSRİ-ni dağıtmağın əvəzini ödəməyi tələb edirlər. Kaliforniya ştatının Dağlıq Qarabağın müstəqillik hüququnu tanımaqla bağlı qətnaməsinin preambula hissəsində bu aydın şəkildə göstərilib. Eləcə də o da həqiqətdir ki, 89-cu ildə ABŞ konqresi SSRİ-də Qarabağ ermənilərinin hərəkatını dəstəkləyən iki qətnamə qəbul edib. Ermənilərin SSRİ-nin dağılmasının bünövrəsini qoyduqlarına dair daha bir sübut S.Sarkisyanın "Moskovskiye novosti" qəzetinə müsahibəsinə etirafıdır. Qəribə vəziyyət yaranır, erməni deyir, rusun ən böyük imperiyasını dağıtmışam, Rusiya isə erməninin inkişafının qayğısına qalır, keşiyini çəkir. Belə vəziyyətdə qərb Ermənistanın antirusiya siyasət aparmaq bacarığına inanmalıdır. Başqa variant yoxdur.
II. İsveç xarici işlər naziri K.Bildt pravoslavlığı islamdan daha təhlükəli adlandırdı. İsveçin Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramını Polşa ilə birlikdə iki həmtəsisçisindən biridir. "Şərq Tərəfdaşlığı" proqramının altı dövlətindən biri (Azərbaycan) müsəlmandır, biri qeyri-pravoslav (Ermənistan) xristiandır. Ermənilər öz dinlərini apostol dini hesab edirlər. Qalan dördü isə (Ukrayna-Belorusiya-Gürcüstan və Moldova) nə qədər qəribə olsa da, pravoslav xristianlığına məxsusdurlar. Müsəlman Azərbaycanı katolik və ya pravoslav olmasından asılı olmayaraq xristianlığa qarşı mübarizə aparmayıb, aparmaq fikrində də deyil. Azərbaycanın bu günü və tarixindən buna dair çoxlu misallar tapmaq olar. Azərbaycan sivil inkişaf yol seçmiş xalq olduğu üçün xristianlarla bir bərabərdə durmağa çalışır. Xristianların Azərbaycanın bu istiqamətini qəbul edib-etməməsi ayrı məsələdir. Bildt və ya kimsə Azərbaycanı pravoslavlığa və ya digər xristianlığa qarşı qoya bilməz, gücü çatmaz. Qalan dörd pravoslav dövlətinə qarşı mübarizə aparmaq isə görünür, ermənilərə tapşırılıbmış. Aİ-nin iflasda olması və Ermənistanın apardığı siyasət çox şeylərin aşkarlanmasına səbəb olur. Erməni Apostol Kilsəsinin başçısı II Qareginin yaxınlarda Vatikana səfər etməsi də K.Bildtin açıqlaması ilə əlaqəli ola bilər.
III. Ermənistan rəsmiləri və dünya erməniləri Rusiyanı "erməni soyqırımı"nın tanınmasındakı rolunu qəbul etmirlər, inkarçılıq mövqeyini tutublar. Dünyada "erməni soyqırımı"nın tanınmasının təkanını Rusiya verdi. 1995-ci ilədək yalnız Uruqvay "erməni soyqırımı"nı tanımışdı. 1995-ci ildə Rusiya Dövlət Duması "erməni soyqırımı"nı tanıdı. Yalnız bundan sonra digər dövlətlər, o cümlədən Avropada ermənilərin beşiyi olan Fransa "erməni soyqırımı"nı tanıdı.
IV. ABŞ-ın Ermənistandakı səfirinin hökumətin iclaslarında iştirakı və məsləhətləri faydalı hesab olunduğu halda, RF-in Ermənistandakı səfirinin erməni mətbuatına adi müsahibəsi güclü etiraz yaradır.
M.Əhmədoğlu bildirib ki, məşhur avrasiyaçı A.Dügin, Rusiya Strateji Tədqiqatlar İnstitutunun direktoru R.S.Reşetnikov da M.Kolerov, S.Tarasov, A.Dubnov K.Zatulin, Y.Amelina, A.Zaxarov və sair kimilərə qoşulduqdan sonra Qərbin Rusiyanın dağılmasında ermənilərin roluna inamı daha da artıb. Əvvəlki addımların siyahısını da təqdim edirik. Məqsədimiz ermənilərin Rusiyaya necə strateji müttəfiq olduğunu göstərməkdir.
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27