ATƏT PA-nın sabiq sədri: "Etiraf edək ki, ATƏT ötən 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə nail olmayıb"
10:02 16-05-2014
CƏMİYYƏT
ATƏT PA-nın sabiq sədri: "Etiraf edək ki, ATƏT ötən 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə nail olmayıb"
Azərbaycan Milli Məclisinin sədrinin müavini, ATƏT Parlament Assambleyasında daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın sabiq sədri, İtaliya parlamentini bu qurumda əvəllər təmsil etmiş Rikkardo Milyori ilə görüşüb.
MM-dən verilən məlumata görə, B. Muradova R. Milyorinin ATƏT PA-ya sədrlik etdiyi illəri bu qurumun inkişafında əhəmiyyətli dövr kimi səciyyələndirib. Sədr müavini qonağın həmin dövrdə bütün əhəmiyyətli beynəlxalq hadisələrə operativ münasibət bildirməsini, Dağlıq Qarabağ münaqişəsi ilə yaxından maraqlanmasını və Azərbaycana münasibətdə həmişə obyektiv mövqedə olmasını yüksək qiymətləndirib.
Parlament diplomatiyasının əhəmiyyətindən danışan B. Muradova deyib ki, ATƏT-in məşğul olduğu regional münaqişələrin həllində səylər gücləndirilməli, konkret nəticələrə nail olunmalıdır.
R. Milyori isə Azərbaycanın sürətli inkişafına toxunaraq Avropanın enerji təhlükəsizliyində ölkənin gündən-günə artan rolunu xüsusi qeyd edib: "Etiraf etmək lazımdır ki, ATƏT ötən 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir əhəmiyyətli irəliləyişə nail olmayıb. Bizi ən çox narahat edən məsələ insanların öz doğma yurd-yuvalarından didərgin düşməsidir. Çünki bu, birbaşa insan hüquqlarının pozulmasına aid məsələdir".
ATƏT PA-nın sabiq sədri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün bundan sonra da əlindən gələni edəcəyini diqqətə çatdırıb.
Söhbət zamanı Ukraynada baş verən hadisələr, ATƏT-in Azərbaycanda keçiriləcək növbəti sessiyası və digər mövzularda fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27