Azərbaycanda erkən nikahlarda təhsil izi var
10:42 16-05-2014
CƏMİYYƏT
Azərbaycanda erkən
nikahlarda təhsil izi var
Ekspert: "Nikahların sürətlə artmasında savadsızlığın kütləviləşməsi böyük rol oynayır"
UNİSEF-in açıqlamasına görə, Azərbaycanda son 1 ildə 5000 nəfərə yaxın 15 yaşadək qız ərə gedib.
İqtisadçı ekspert Rövşən Ağayev deyib ki, erkən nikahların sürətlə artmasında savadsızlığın kütləviləşməsi, orta təhsil sisteminin çökməsi böyük rol oynayır: "Azərbaycanda 15-17 yaşlı məktəbli qızlarla oğlanların sayı arasında kəskin fərq yoxdur - ayrı-ayrı yaş qrupları üzrə oğlan uşaqları təxminən 1-1.5 faiz çoxdur. Amma Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatları göstərir ki, orta məktəbi bitirən şagirdlərin bəzi rayonlarda hətta 30 faizdən də azını qızlar təşkil edir.
Orta təhsili yarımçıq buraxmış qız uşaqlarının hamısı da olmasa, heç şübhəsiz, müəyyən hissəsi məhz erkən nikahların qurbanı olur. 2013-cü ildə Qobustan rayonunda 11-ci sinfi bitirən uşaqların cəmi 26, Lerikdə 32, Şabranda 34 faizini qızlar təşkil edib. Aydındır ki, qız və oğlan şagirdlərin say nisbətində belə kəskin disbalans bir ilin içərisində - 11-ci sinifdə yaranmır. Bir çox ailələr elə 9-cu sinfi bitirər-bitirməz qız uşaqlarını təhsildən uzaqlaşdırırlar.
Sinqapur dövlətinin qurucusu Li Kuan ötən əsrin 70-ci illərinin sonlarında baxıb görür ki, ölkədə təhsilli oğlanların sayı təhsilli qızların sayını əhəmiyyətli dərəcədə üstələyir. O, televiziya ilə çıxışında gənc oğlanlara xitabən deyir: "Uşaqlarınızın savadlı olması analarına bağlıdır. Əgər savadsız qız alsanız, övladınız da savadsız olacaq, nəticədə millətimizi də savadlı millətlərin sırasına qata bilməyəcəyik".
Bu çıxış siyasətçi kimi Li Kuanı qınaq obyektinə çevirsə də, cəmiyyəti silkələdi. Ailələr qızlarının təhsilinə diqqət verməyə məcbur oldu. Nəticədə 1990-cı illərin ortalarında Sinqapurda ali təhsilli oğlan və qızlar arasında kəskin nisbət aradan qalxdı".
Aliyə
Digər Xəbərlər
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59