"İnanıram ki, müdafiə naziri bu məsələyə pozitiv yanaşacaq"
Qənirə Paşayeva Vergilər Nazirliyinə bəzi təkliflərlə çıxış etdi.D eputat Ermənistanla ön cəbhədə yerləşən kəndlədə işsizliklə bağlı problemlərin olduğunu qeyd edib: "Sərmayədarlar burada iş qurmağa maraqlı deyillər. Kiçik sərmayələri bu əraziyə cəlb etmək üçün bu yerlərə vergi güzəştləri tətbiq oluna bilər".
Q.Paşayevanın vergi güzəştləri ilə bağlı qaldırdığı digər məsələ - orqan köçürmələri ilə bağlı olub. Deputatın sözlərinə görə, hazırda Azərbaycanda qaraciyər transplantasiyasının qiyməti 45 min manatdır, bu rəqəmin tərkibində 18 faiz əlavə dəyər vergisidir:
"Onsuz da orta gəliri olan vətəndaş üçün bu məbləği ödəmək çətindir. Tək qaraciyər deyil, digər orqanların da köçürülməsi əməliyyatlarının qiyməti yüksəksdir. Çətin vəziyyətdə olan isnanlara bu vəsaiti toplamağa kömək etmək üçün heç olmasa həmin ƏDV-ni buradan çıxarmaq olar". Q.Paşayeva deyib ki, 2009-cu ildən etibarən Azərbaycanda qızların Ali Hərbi Məktəbə daxil olması dayandırılıb. Müdafiə Nazirliyinin sifariş olmadığından, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu qəbulu aparmır.
Qənirə Paşyevanın fikrincə, hərbçi olmaq istəyən qızlarımızın önünə baryer çəkməyə ehtiyac yoxdur: "İnanıram ki, müdaifə naziri bu məsələyə pozitiv yanaşacaq. Bu, həmçinin orduda da psixoloji baxımdan müsbət təsir edər".
Q.Paşayeva hesab edir ki, qəbulun dayandırılması ilə bağlı səsləndirilən səbəblər o qədər də tutarlı deyil.
Digər Xəbərlər
2024-12-27 12:37:10
2024-12-27 12:19:21
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35