Deputat:"Şəhər yerində uşağı məktəbə zənglə götürürlər"
"Məktəbəqədər təhsilin "Təhsil haqqında" qanuna salınması səhv addım idi". Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyeva deyib. Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər uşaq baxçaları yoxdur: "Xüsusən də regionlarda vəziyyət acınacaqlıdır. Belə ki, bəzi kəndlərdə ümumiyyətlə uşaq baxçaları yoxdur. Hazırda uşaq baxçalarına qəbul da çətinləşdiriblər. Valideynlər şikayət edir. Mən hesab edirəm ki, milli məclis bu məsələyə yenidən baxmalıdır".
Millət vəkili onu da əlavə edib ki, yaranmış vəziyyətdən məktəb direktorları sui-istifadə edir. Onlar hətta valideynlərə deyirlər ki, sənin övladın məktəbəqədər təhsil müəssisəsində olmadığına görə biz onu məktəbə götürə bilmərik:"Sənin övladın məktəbəqədər təhsil müəssisəsində olmayıb buna görə, sənin övladını məktəbə götürə bilmərik. Şəhər yerində uşağı məktəbə zənglə götürürlər. Bu olmaz axı. Biz əhali üçün artıq problem yaratdıq ".
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41