Vyetnam Prezidentinin xanımı Mai Thi Hanh tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə nahar verilib
08:57 20-05-2014
CƏMİYYƏT
Vyetnam Prezidentinin xanımı Mai Thi Hanh tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə nahar verilib
Vyetnam Sosialist Respublikası Prezidentinin xanımı Mai Thi Hanh tərəfindən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın şərəfinə nahar verilmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mayın 19-da Hanoy şəhərində Ədəbiyyat Məbədi ilə tanış olmuşdur.
Azərbaycanın birinci xanımına məlumat verildi ki, Ədəbiyyat Məbədinin əsası 1070-ci ildə imperator Li Than Tonq tərəfindən qoyulmuşdur. Məbəd Çin alimi Konfutsiyə həsr edilmişdir.
1076-cı ildə Ədəbiyyat Məbədinin ərazisində Kral, dövlət qulluqçuları, zadəgan və digər elit təbəqəyə məxsus ailələrin övladlarının təhsil alması məqsədilə universitet - İmperial Akademiya yaradılmışdır. Bu, Vyetnamın ilk milli universiteti hesab olunur. Dövlət imtahanlarında yüksək nəticələr əldə etmiş şəxslərin adları məbədin həyətindəki xüsusi daş lövhələrin üzərində qeyd olunurdu. Həmin daş lövhələrdən 82-si məbədin həyətində nümayiş etdirilir. Ümumi sahəsi 54 min kvadratmetr olan kompleksin ərazisində Ədəbiyyat gölü, park və s. vardır. Tran sülaləsinin hakimiyyəti dövründə (1225-1400-cü illər) məbəddə yenidənqurma işləri aparılmışdır. Təmir işləri digər sülalələrin hakimiyyətləri dövründə də ardıcıllıqla davam etdirilmişdir. Təqribən iki əsr ərzində müharibələrə və fəlakətlərə baxmayaraq, binanın orijinal memarlıq üslubu qorunub saxlanmışdır. Ədəbiyyat Məbədində əsaslı təmir işləri 1920-ci, 1954-cü və 2000-ci illərdə aparılmışdır. Ədəbiyyat Məbədi 1906-cı ildə - Fransa müstəmləkəçiliyi dövründə tarixi abidə kimi qeydiyyata alınmışdır. Kompleks 2010-cu ildə UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilmişdir. Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edildi. Azərbaycanın birinci xanımı İmperial Akademiyanın tələbələrinin ifasında Vyetnam xalq musiqisini dinlədi. Sonra xatirə şəkli çəkdirildi. Birinci xanım Mehriban Əliyeva Ədəbiyyat Məbədindən zəngin təəssüratla ayrıldı.
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04