Azərbaycanda dilçiliyin inkişafına dair Dövlət Proqramının İşçi Qrupunun sədr müavini istefa verib
09:02 20-05-2014
CƏMİYYƏT
Azərbaycanda dilçiliyin inkişafına dair Dövlət
Proqramının İşçi Qrupunun sədr müavini istefa verib
Həbib Zərbəliyev: "Dilçilik İnstitutunda açıq-aşkar düşmənçilik münasibəti yaranıb"
"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın İşçi Qrupunun sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai və humanitar elmlər bölməsinin əməkdaşı, Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Həbib Zərbəliyev işindən ayrılıb.
Məlumatı təsdiqləyən Həbib Zərbəliyev bu qərarını institutda yaranan açıq düşmənçilik şəraiti ilə əlaqələndirib: "Planlarım, demək olar, qəbul olunmur və nəticədə açıq-aşkar düşmənçilik münasibəti yaranıb. Ona görə də işimdən gedirəm. Artıq ərizəmi yazıb rəhbərliyə təqdim etmişəm. Düzünü demək bir çoxlarının xoşuna gəlmir və həmin adamlar həmişə sıxışdırılır".
H.Zərbəliyev qeyd edib ki, institutda belə vəziyyət yaxın vaxtlarda yaranıb. Onun sözlərinə görə, yeni rəhbərlik gələndən elmi şuralarda həqiqəti demək onları qane etmir: "Ona görə də belə münasibət bəslənilir. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı guya yerimə yetirmədiyimə görə mənə haqsız töhmət elan olunub. Halbuki bu istiqamətdə kifayət qədər çox iş görmüşəm. Mən də buna etiraz əlaməti olaraq işdən getməyi qərara almışam. Əslində dövlət proqramının icrası ilə bağlı məndən başqa işləyən yoxdur. Onlar da gözlərini bağlayıb, görmək istəmirlər. Mən istəyirdim ki, dövlət proqramının icrasına kömək edim. Əgər bunu istəmirlərsə, onda etmərik. İşdən çıxmağımla bağlı təqdim etdiyim ərizədə Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin və müavini Məhəbbət Mirzəliyevanın mənə qarşı artıq düşmənçiliyə çevirdikləri qərəzli münasibətin nəticəsi kimi elan edilən xəbərdarlıq və şiddətli töhmətə etiraz olaraq, bu düşmənçiliyi daha da dərinləşdirməkdə qərarlı olduğunu nəzərə alaraq tutduğum vəzifədən azad edilməyimi xahiş etmişəm. Qarşı tərəf hazırlaşmışdı ki, işi yerimə yetirmədiyimə görə məni işdən azad etsinlər. Amma tam əksini gördülər. Mən isə buna şərait yaratmadım və öz ərizəmlə işdən getdim. Artıq mənim yerimə adam da hazırlanıb. Bundan sonrakı fəaliyyətimə gəlincə, pedaqoq kimi işimi davam etdirəcəyəm".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Məhəbbət Mirzəliyeva H. Zərbəliyevin işdən ayrılması ilə bağlı açıqlamasına münasibət bildirmək istəməyib.
M. Mirzəliyeva APA-ya açıqlamasında H. Zərbəliyev işindən ayrılmasından xəbərsiz olduğunu deyib.
O bildirib ki, H. Zarbəliyevin işdən çıxmaq barədə ərizə yazmasından bizim vasitəmizlə xəbər tutur.
H. Zərbəliyevin İnstitutda direktor Tofiq Hacıyev və müavini Məhəbbət Mirzəliyevanın ona qarşı düşmənçilik mövqeyi göstərməsinə gəlincə, M. Mirzəliyeva bu barədə danışmaq istəməyib: "Mən telefonla heç bir açıqlama vermirəm".
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49