Azərbaycandan anti-Rusiya çağırışı
ADP: "Dünya dövlətləri BMT-də Rusiyanı işğalçı dövlət kimi tanımalıdır"
Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
İdarə Heyəti ilk olaraq Rusiyanın kobud müdaxiləsi ilə Ukraynada hadisələrinin zorakı müstəviyə daxil olmasından, separatçı qüvvələrlə Ukrayna hərbiçiləri arasında baş verən toqquşmadan çoxlu sayda insanın həlak olmasından və baş verən hadisələrin regionda, eləcədə dünyada sülhün və təhlükəsizliyin pozulmasından ciddi narahat olduğunu bildirib və dünya dövlətlərini BMT-də Rusiyanı işğalçı dövlət kimi tanımağa, onun Ukraynanın müstəqilliyi və suverenliyinə qarşı yönəlik məkirli hərəkətlərinin qarşısını almağa çağırıb. Qeyd edilib ki, Ukraynada keçirilməsi nəzərdə tutulan 25 may tarixindəki prezident seçkiləri dünya ictimaiyyətinin diqqətində olmalı və Rusiyanın bu seçkilərə hər hansı formada müdaxiləsi seçkilərin legitimliyini kölgə altına salmamalıdır.
İdarə Heyəti Rusiyanın Krım tatarlarının milli müqəddaratını təyin etmə hüququna qarşı başlatdığı müdaxilələri qətiyyətlə pisləyib və dünya dövlətlərini Krım tatarlarının milli varlığına qarşı yönəlmiş Rusiya təhlükəsindən qorumağa və onları beynəlxalq hüquqla təmin olunan milli haqlarına həssaslıqla yanaşmağa çağırıb.
İdarə Heyəti Dağlıq Qarabağ probleminin həllinə dair ATƏT-in Minsk qrupunun amerikalı həmsədri tərəfindən irəli sürülən variantın heç də Azərbaycanın milli və dövlət maraqlarına uyğun olmadığını, əksinə təklif olunan variantda Ermənistana daha böyük üstünlüklər verildiyini diqqətə çatdırıb və Dağlıq Qarabağ probleminin ədalətlətli həllinin tapılmadığı halda Rusiyanın bu bölgədə daha da güclənməsi və daha böyük imperialist iddialarla çıxış etməsi faktı ilə qarşılanacağını bəyan edib.
İdarə Heyəti Türkiyədə yaşanan Soma faciəsinin Azərbaycanda iki dövlət arasında mövcud olan dərin tarixi əlaqələrə, qardaşlıq və dindaşlıq yaxınlıqlarına uyğun şəkildə qeyd edilməməsini, bu faciənin üzüntülərinin dövlət səviyyəsində yaşadılmamasını ciddi narahatlıqla qarşılayıb və bu laqeyd münasibəti elan olunmuş "bir millət, iki dövlət" fəlsəfəsinin ruhuna zidd olduğuna diqqət çəkib və hakimiyyəti dünyada yeganə arxamızda durmaq gücündə olan qardaş Türkiyəyə münasibətdə daha həssas və yanımlı olmağa çağırıb.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22