Yalançı-şərçi aksiyalar dəbə düşüb
Ağzını tikərək fotolarını paylaşan qazaxlı iş adamı nəyə nail olmaq istəyir?
Məlum olduğu kimi, Diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimovun qardaşı, iş adamı Hacı İbrahim Nehrəmli ilə Qazaxlı iş adamı arasında gərginlik yaranıb. Daha doğrusu, qazaxlı iş adamı Hacı İbrahimliyə qarşı mübarizə aparmaq üçün yeni taktika seçib. Belə ki, o, ağzını tikərək, etiraz aksiyası keçirərək diqqəti özünə cəlb etməyə çalışır.
Bunu üçün iki mənzil üçün ödədiyi 355 min manatı ala bilmədiyini iddia edən Qazax rayon sakini, sahibkar Elşad Məmmədov mayın 18-də rayonda kirayə yaşadığı mənzildə ağzını tikərək etiraz aksiyasına başlayıb. O, bu barədə Facebook-da məlumat verməklə yanaşı, fotolarını da paylaşıb. E.Məmmədovun xalası oğlu Nəsib Nəsibovun Azadlıq Radiosu-na dediyinə görə, Elşad Məmmədov iki il yarım bundan əvvəl "Həsən-6" MTK tikinti şirkətinə 355 min manat ödəyərək iki mənzil alıb. " İki il yarımdır xalam oğlunun döymədiyi qapı, getmədiyi ünvan, şikayət etmədiyi məhkəmə qalmayıb. Nə evlərə sahib ola bilir, nə də pulunu geri ala bilir. Ayın 16-da məsələyə Ali Məhkəmənin plenumunda baxılıb. Məsələnin növbəti plenuma saxlanılması barədə qərar çıxarılıb. Bu da haradasa 4-5 ay çəkəcək. Hesab edirik ki, bu qanunsuz qərardır. İndi bu haqsızlığa görə Elşad ağzını tikib, oturub evdə, heç kimi də içəri buraxmır", - deyə Nəsibov bildirib.
Göründüyü kimi, E.Məmmədov ictimaiyyətin daha çox diqqət mərkəzində olduğu virtual məkanda şou düzəldərək ictimai rəyi çaşdırmağa çalışır. Diqqət edirsinizsə, sözügedən iş adamı iddialarını sübut edəcək sənədlər ortaya qoymur. Bu isə onu göstərir ki, Elşad Məmmədovun Hacı İbrahim Nehrəmliyə qarşı irəli sürdüyü arqumentlər əsassızdır. Mənqitli və fakta söykənməyən iddialarını bəzəmək üçünsə, ağzlnl tikmək kimi diqqətçəkən aksiyaya əl atılıb.
Ancaq son dövrlər özünü yandırmaq, ağzını tikmək, aclıq aksiyası keçirmək kimi yollara əl atma dəb halını alıb. Bu cür aksiya keçirənlərin bəziləri haqlı olsalar da, Elşad Məmmədov və digərləri məqsədlərinə çatmaq üçün bu tipli etiraz metodlarını gündəmə gətirirlər.
Qərib
Digər Xəbərlər
2025-02-26 18:59:30

2025-02-26 18:57:18

2025-02-26 18:57:03

2025-02-26 18:48:03

2025-02-26 18:47:58

2025-02-26 18:35:21

2025-02-26 18:33:32
.jpg)
2025-02-26 18:31:01

2025-02-26 18:24:13

2025-02-26 18:17:31
2025-02-26 18:12:31

2025-02-26 18:06:04
.png)
2025-02-26 18:00:47

2025-02-26 17:44:04

2025-02-26 17:28:54

2025-02-26 17:17:17
2025-02-26 17:13:56

2025-02-26 17:00:46

2025-02-26 17:00:00
