ABŞ diplomatı kimin dilində danışır?
09:07 20-05-2014
CƏMİYYƏT
ABŞ diplomatı kimin dilində danışır?
Azərbaycan hucum diplomatiyasından əl çəkməməlidir
ABŞ-in ölkəmizdə ki, səfiri Riçard Morninqstar verdiyi son açıqlaması ilə sözün həqiqi mənasında hakim düşərgədə bir gərginlik dalğası yaratdı. Hər zaman ehtiyatlı açıqlamaları ilə yadda qalan səfirin bu dəfə kobud müdaxiləsi ortaya maraqlı suallar çıxartdı. Gəlin öncəliklə səfirin açıqlamasındakı bəzi nüanslara baxaq.
Səfir bildirir:-"Məncə, hökumətdə bir çox adam, o cümlədən prezident anlayırlar ki, Birləşmiş Ştatlarla münasibətlər çox vacibdir. Amma Azərbaycan tərəfdən təəssüf etdiyimiz məsələlərdən biri budur ki, ola bilsin, hökumət, Maydanda baş verənlərin burda təkrarlanmasını istəmir. Və bu, bəzi adamların fikrincə, insan haqları və demokratiya məsələlərində təzyiqi daha da artırmağa əsas verir.Bu, Ukraynadan götürüləcək çox pis dərsdir. Mən burda [hökumətdə] bir növ iki xətt görürəm. Bir tərəfdən, Ukraynada baş verənlərdən sonra ABŞ-la münasibətlər vacibdir qənaəti, amma orda baş verənlərin burda təkrarlanmaması üçün vətəndaş cəmiyyətinin işini daha da çətinləşdirmək xətti. Mənim arqumentim bu olardı ki, "bəli, mən sizin nə dediyinizi anlayıram, amma çox sərt xətt yürütsəniz, vətəndaş cəmiyyətinə nəfəs almaq imkanı verməsəniz, orda baş verənlərin indi də olmasa, beş il sonra, on il sonra burda baş verməsi ehtimalı daha da artır. Vətəndaş Cəmiyyətinin imkanları daha çox qapansa, risk də artır". Bundan əlavə səfir müsahibəsi boyu az qala açıq şəkildə Azərbaycan hakimiyyətinə ölkədaxilində nələri necə etməyi izahlamağa çalışır. Ən maraqlısı isə budur ki, səfir bu açıqlamanı, daha doğrusu Azərbaycanın daxili işlərinə qatışmaq həddində olan açıqlamanı Fransa prezidentinin Azərbaycana səfərindən sonra etdi. Ekspertlər hesab edir ki, ilk növbədə bu məqama həssas yanaşmaq lazımdır və ortaya təxminən belə bir situasiya çıxır. Ola bilsin ki, Fransa ilə Azərbaycan hansısa məsələdə ortaq məxrəcə gələ biliblər və bu razılaşma görünür ABŞ-ı narahat edir. Bunu da qeyd edək ki, Böyük Britaniyadan fərqli olaraq Fransa hər zaman ABŞ-in qərbə müdaxiləsindən xoşhal olmayıb və ABŞ-in iştirakı olmadan hansısa layihələrin həyata keçməsində maraqlı tərəf olub. Çox böyük ehtimal ki, Fransa bu gündə Qafqazda,o cümlədən Azərbaycanda öz maraqları çərçivəsində hansısa layihələri reallaşdırmağa çalışır. Elə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərini Fransaya dəvət etməsi də unudulmamalıdır. Analitiklərin fikrincə ümumiyyətlə son bir neçə il ərzində ABŞ həyata keçirtdiyi xarici siyasətlə yedəkçi bir dövlətə çevriliblər və demək olar ki, ABŞ-a olan inam ciddi şəkildə sarsılıb. İstər şərqdə həyata keçirtdikləri inqilablar, istər Suriyada baş verənlər təsdiqlədi ki, ABŞ öz maraqlarından kənara çıxan proseslərə müdaxilə etməyi sevmir və ya istənilən an yolun ortasında starteji məqsədlərdən imtina edir. Bunu artıq qərbdə açıq şəkildə görür və buna görə də ABŞ-in uğursuzluğuna şərik olmağ istəmir. Ukraynada baş verən proseslərdən sonra isə ABŞ-a olan inam tamamı ilə zədələndi. Görünür bu zədəni hiss edən ABŞ bütün çabaları ilə yenidən lokomotiv rolunu üzərinə götürməyə çalışır. Amma fakt faktlığında qalır. Fakt isə budan ibarətdir ki, bu günün özündə Ukrayna Rusiya ilə ABŞ toqquşmasının qurbanına çevrilib və ABŞ Ukraynanı bör dövlət olaraq az qala məfv etməklə Rusiya üzərində həlledici qələbəsini qazanmaq istəyir. Görünür buna görə ABŞ-a digər possovet ölkələrində də gərginliyin olması vacibdir və hədəfdə Azərbaycandır. Nəyə görə məhz Azərbaycan? Bunun isə bir sıra səbəbləri var və gəlin bunları aydınlaşdıraq. İlk növbədə ABŞ-da qıcıq yaradan səbəb budur ki, Azərbaycan ABŞ-in Rusiya ilə üz-üzə gəlməsi prosesində iştirak etmyib. Xatırlayırsınızsa hələ bir neçə ay öncə prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, nə Avrtopa Birliyinin Assosiativ sazişinə, nədə Gömürük İttifaqına qoşulmayacaq. Əslində ən real yolda budur və hər iki təşkilata qoşulmaq Azərbaycanın maraqlarına cavab vermir. Məhz İlham Əliyevin bu gedişindən sonra Azərbaycan Ukraynanın vəziyyətinə
düşmədi. Bu isə görünür müəyyən qüvvələri qıcıqlandırıb. AŞ səfirinin açıqlamasında diqqəti cəlb edən başqa bir nüans isə Azərbaycanla Ukraynanı müqayisə etməsidir. Amma burda çox maraqlı bir məqam var. Cənab səfir Ukraynada olanların Azərbaycanda da olacağı ehtimalından danışır. Onda ortaya bir sual çıxır, Ukraynada baş verənlərin arxasında Rusiya durmurmu? Əgər Rusiya durursa onda nədən Azərbaycana dəstək olmaq əvəzinə, Azərbaycanın daxili işlərinə müdaxilə edirsiniz? Başqa məqam, Ukraynada Rusiyanın bu gün meydan oxuduğunu və buna görə Rusiayya qarşı embarqolar tətbiq edirsinizsə onda nədən Rusiyanın Azərbaycanda da belə bir ssenari həyata keçirməsinə imkan tanıyırsınız? Gördüyünüz kimi səfirin bu açıqlaması sadəcə olaraq Azərbaycan hakimiyyətinə dolayı yolla təzyiq etmək istəyindən yaranıb. Ən gülməlisi isə budur ki, ABŞ-dan Azərbaycana bu cür mesaj bir neçə həftə öncə ABŞ-in ATƏT-in Minsk rupundakı həmsədri tərəfindən də gəlmişdi və onda Azərbaycan çox sərt reaksiya verdi, hətta həmsədrin geri çağrılması təşəbbüsləri də səsləndirildi. Bu gün isə səfir sanki həmsədrin heyfini alır. Ekspertlər ABŞ-in ölkəmizdə ki, səfirinin bu açıqlamasını həm də erməni lobbisi ilə əlaqələndirirlər. Belə ki, gələn il dünyada erməni "soyqırımı"nın 100 illiyi keçiriləəck və bu səbəbdən erməni lobbisi bütün imkanlarını səfərbər edib. Bunu da qeyd edək ki, erməni lobbisinin ABŞ-da ciddi nüfuzu var və bu nüfuzla hesablaşmaq istəməyən diplomatlar hətta karyeraları ilə vidalaşmalıda olublar. Elə bundan öncə ki, ABŞ səfiri Metyu Brayzanın məhz erməni lobbisinin təzyiqi ilə postunu itirməsi də bir misal ola bilər. Görünür hazırkı səfir bunları nəzərə alır və belə açıqlamalarla sanki balans yaradır. Amma bəzi müşahidəçilər heab edir ki, ABŞ Azərbaycanla Rusiyanın münasibətlərinin istiləşməsindən narahatdırlar və buna görə də bu şəkildə bəyanatlar səsləndirilir. Ekspertlər hesab edir ki, Azərbaycan Rusiya ilə sıx müttəfiqliyi inkişaf etdirərsə sözsüz ki, ABŞ regionda ciddi nüfuz itkisinə məruz qalar. Və buna görə də indidən Azərbaycana hansısa formalarda təzyiqlər edilir. Bu arqumenti ciddiyə almaq olar. Amma reallıqda budur ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Amma deyəsən bu ABŞ üçün yetərli deyil və bu səbəbdən hazırkı mənzərə yaranıb. Nəhayət ekspertlərin fikrincə belə açıqlamaların sayı daha da artacaq. Çünki hazırda ABŞ-da hakimiyyətdə olan demokrat Barak Obama prezidentliyinin son illərini yaşayır və çalışır ki, ABŞ tarixində demokratiyaya dəstək verən bir lider kimi qalsın. Məhz bu səbəbdən xarici siyasət kursunda müəyyən dəyişikliklər etməklə ölkədaxili imicini formalaşdırmaq istəyir. ABŞ tarixində isə belə hallar zaman-zaman olub və prezidentliyinin son illərini yaşayan şəxslər daha radikal açıqlamaları ilə yadda qalıblar. Maraqlıdır, bəs ABŞ-in bu tip gedişləri qarşısında Azərbaycan hansı addımları atmalıdır? Müşahidəçilər hesab edir ki, bu tip bəyanatlara, açıqlamalara anındaca reaksiya verilməli və qarşı tərəfdən izahat tələb olunmalıdır. Çünki bu gün ABŞ diplomatlarının dediklərini, sabah ABŞ-in hansısa təşkilatları reallığa çevirməyə çalışacaqlar. Bunu da unutmayaq ki, dünyanın müxtəlif bölgələrində vətəndaş qarşıdurmaları, inqilablar yaradan Soros, kaneqin fondu kimi təşkilatlar məhz ABŞ-da fəaliyyət göstərirlər və son zamanlar hətta bunu açıq şəkildə də reallaşdırırlar. Elə Azərbaycanda prezident seçkiləri öncəsi Milli Demokratiya İnstitutunun bəzi müxalifət təşkilatlarına maliyyə ayırmasıda bunun bariz nümunəsidir. Məhz bu faktorları nəzərə alaraq Azərbaycan
hakimiyyəti güzəştli siyasətdən çəkinməli və aktiv diplomatik manevrlər etməlidir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22
2024-12-25 14:22:00
2024-12-25 14:20:39