BAXCP-dən ABŞ səfirinə təpki
09:11 20-05-2014
CƏMİYYƏT
BAXCP-dən ABŞ səfirinə təpki
Niyaməddin Orduxanlı: "Morninqstar kimi səfiri ölkədən qovarlar"
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Azadlıq" radiosuna müsahibəsində Azərbaycanda demokratiyanın durumu, ölkənin daxili və xarici siyasəti ilə bağlı müəyyən neqativ fikirlər səsləndirməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Bununla bağlı "Unikal"a açıqlama verən BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, ABŞ səfrinin veridyi acıqlama birbaşa beynəlxlq qanunlara o cümlədən "Diplomatik əlaqələr haqqında" qəbul olunmuş Vyana Konvensiyasının tələblərinnin birbaşa pozulmasıdır:" Morqninqstar bütün diplomatik münasibətlərə ziyan gətirir. Kim onu bu ixtiyarı verib? Özünü səfir kimi aparmır. Özünə hörmət edən səfər müstəqil ölkənin daxili işlərinə bu dərəcədə müdailə etməzdi. Azərbaycanın iç siyasətinə nə , ABŞ-ın, nə də başqa bir böyük dövlətin və ya beynəlxalq qurumun , yaxud xarici siyasətinə hər hansı formada müdaxilə cəhdi, onu idarə etməyə çalışması, "bu xalqa neçə yaşamağı öyrətməsi" haqqı yoxdur. Azərbaycan xalqı bu ixtiyarı heç bir ölkəyə verməyib. Müstəq dövlətin öz siyasəti var. ABŞ-da başqa bir ölkənin səfiri Morninqstar kimi danışmağa necə baxardı? Məncə həmin səfiri ölkədən qovardılar. ABŞ 20 ildən artıqdır ki, Azərbaycanın milli məsələsi olan Dağlıq Qarabağ məsələsində ədalətsiz mövqey münayiş etdirir. Qərb Azərbaycan xalqına nə təklif edir? "Madir Prinsipləri" birbaşa ermənilərin xeyrinədir. Nə fərqi var ki, referendum neçə ildən sonra keçiriləcək? Biz 15 il deyirik, ermənilər 5 il sonra. Azərbaycan konstitutsiyasına görə ərazımızın bir hissəsində referndum keçirilə bilməz. Budur da ABŞ Azərbaycana olan münasibəti. Məhs ABŞ məhasız siyasəti bu gün bizi məcbur edir ki, Qarabağ probleminin həll edən bilən qonşu Rusiya ilə danışıqlar aparmalıyıq. BAXCP olaraq biz bu təklifi irəli sürmüşük. Mənasız yerə ABŞ-la uzun uzadı söhbətlər aparınca, Rusiya ilə dil tapmalıyıq. Hamı da bilir ki, Rusiya istəsə, tezliklə Qarabağ problemini həll edə bilər. Bəli, məhs Rusiya..." BAXCP sədrinin müavinin sözlərinə görə, səfir Azərbaycan dövlətini hədələməklə məşğuldur: Bütün dünya gördü ki, Ukraynda baş verən hadisələri ABŞ və Avropa Birliyi təşkil etdi. ABŞ xalqlara gətirdiyi inqilablar fəlakətlər gətirir. Ukrayna artıq dağılıb. Ərazısının bir çox hissəsini itirib. Hər gün sadə vətəndaşlar qətlə yetirlir. Bunun əvəzində ABŞ Ukraynaya nə verib? 5-10 rus məmuruna sanksiyadan başqa heçnə edə bilməyib. Edə də bilməz. Qorxusndan səsini belə çıxarda bilmir. Rusiyanın qarşısında acız bir vəziyyətdə olan ABŞ kiçik dövlətlərdə "ağalıq" etmək niyyətdədir. Hələ səfir Ukrayana hadisələrinin Azərbaycanda təkrarlanacağından danışır. Və bu da birşa təhdiddir. Belə səfiri ölkədən qovarlar!".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22
2024-12-25 14:22:23
2024-12-25 14:22:00
2024-12-25 14:20:39
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39
2024-12-25 13:18:58