ETTELAAT İranda terrorçu dəstəni zərərsizləşdirdiyini açıqladı
09:14 20-05-2014
CƏMİYYƏT
ETTELAAT İranda terrorçu dəstəni zərərsizləşdirdiyini açıqladı
Molla rejimi daha 12 nəfəri edam etdi
İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) ölkənin şimal-qərbində terror fəaliyyəti ilə məşğul olan dəstənin ifşa edildiyini açıqlayıb. İRİB-in verdiyi məlumata görə, xəbərdə onların İranda fəaliyyəti qanunsuz hesab edilən və terrorçu təşkilat kimi qələmə verilən "Komala" kürd partiyasına bağlı olduqları bildirilir.
Məlumatda İranın Qərbi Azərbaycan vilayətinin Mahabad (Soyuqbulaq) şəhərində gizli fəaliyyət göstərən dəstənin zərərsizləşdirildiyi və onun üç üzvünün həbs edildiyi də vurğulanır.
Onlar 2010-cu ilin sentyabrında Soyuqbulaq şəhərində düzənlənmiş hərbi paradı izləmək üçün toplanmış və aralarında uşaq və qadınların da olduğu kütləyə qarşı terror aktı keçirməkdə, nəticədə 12 nəfəri öldürməkdə, 40-dan çox şəxsi isə yaralamaqda günahlandırılırlar.
Bu arada məlum olub ki, İranda 12 nəfər edam edilib. Məhbuslar narkotik maddələrin qaçaqmalçılığında və qəsdən adam öldürməkdə günahlandırılırlar.
Belə ki, İranın Sistan və Bəluçistan vilayətində 2 məhbus edam edilib. Bunlar iki il əvvəl həbs edilmiş və barələrində ölüm hökmü çıxarılmış Zahir Mirbəluç və Nasir Bərahuyidir.
Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 17-də səhər saatlarında Zahidan şəhərinin mərkəzi həbsxanasında icra edilib.
Ancaq bununla bağlı ölkənin rəsmi kütləvi informasiya vasitələri və məhkəmə orqanları bu barədə xəbər yaymayıb.
Bundan əlavə, İranın Kirman vilayətində də 10 nəfər edam edilib. Məhbusların hamısının ölkənin cənub-şərqində narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri olduğu bildirilir. Ancaq onların ad və soyadları və nə vaxt dara çəkildikləri açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra Kirman şəhərinin mərkəzi həbsxanasında icra edilib.
İranda gizli edamlarının sayının gündən-günə artması insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatları ciddi narahat edir.
Murad İbrahimli
Digər Xəbərlər
2025-02-26 18:59:30

2025-02-26 18:57:18

2025-02-26 18:57:03

2025-02-26 18:47:58

2025-02-26 18:35:21

2025-02-26 18:33:32
.jpg)
2025-02-26 18:31:01

2025-02-26 18:24:13

2025-02-26 18:17:31
2025-02-26 18:12:31

2025-02-26 18:06:04
.png)
2025-02-26 18:00:47

2025-02-26 17:44:04

2025-02-26 17:28:54

2025-02-26 17:17:17
2025-02-26 17:13:56

2025-02-26 17:00:46

2025-02-26 17:00:00

2025-02-26 16:46:18

2025-02-26 16:30:00
