Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
09:21 20-05-2014
CƏMİYYƏT
Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), ATƏT-in Minsk qrupunun Fransa tərəfindən yeni təyin edilmiş həmsədri Pyer Andryu, Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildiriblər.
Müdafiə naziri qonaqlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.
Sonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı fikir mübadiləsi aparılıb.
Novruz Məmmədov: "Azərbaycan Prezidentinin Vyetnama səfəri tarixi səfərdir"
Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz twitter səhifəsində yazıb.
N. Məmmədov bildirib: "Dövlət səfəri çərçivəsində möhtəşəm rəsmi qarşılanma mərasimi oldu. Ho Şi Minin mavzoleyini ziyarət etdik. Prezidentin Azərbaycan universitetlərinin 300-dən çox vyetnamlı məzunu ilə təsirli və unudulmaz görüşü oldu".
Prezident Administrasiyası rəhbərinin müavininin sözlərinə görə, Azərbaycan Prezidentinin Vyetnama dövlət səfəri çərçivəsində çox mühüm tədbirlər var.
Digər Xəbərlər
2024-12-27 12:19:21
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47