Radikal müxalifət beynəlxalq təşkilatlara naz edir
08:25 21-05-2014
CƏMİYYƏT
Radikal müxalifət beynəlxalq təşkilatlara naz edir
Milli Şura Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrexlə görüşdən imtina edib.
Bu barədə məlumat verən Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, həmməruzəçilərlə görüşü məqsədə uyğun hesab etmirlər. Onun sözlərinə görə, Milli Şura həmməruzəçilərin geri çağırılması barədə Avropa Şurası rəhbərliyinə müraciət edib: "Biz əvvəlcədən də bildirmişik ki, onlarla görüşmək məqsədimiz yoxdur. Çünki onlar Azərbaycandakı real vəziyyəti görmək istəmirlər". C. Həsənli mayın 11-12 də Azərbaycanda səfərdə olan Fransa prezidenti Fransua Ollandın hüquq müdafiəçiləri və siyasətçilərlə görüşünə dəvət olunmamasına da münasibət bildirib: "Görüşə çağırılmamağımın səbəbini Fransa səfirliyindən soruşun. Bu, mənim üçün maraqlı deyil".
Məsələylə bağlı fikirlərini «Unikal"la bölüşən Milli Məclisin deputatı Zahid Oruc öncə hər hansı bir təşkilatla görüşüb-görüşməməyin partiyaların daxili işi olduğunu bildirib. Onun sözlərinə görə, bunu təftiş eləmək yanlış olsa da, bəzi məqamlara görə, bu barədə fikir söyləmək olar: «Biz onu qiymətləndiririk ki, zaman-zaman müxtəlif xarici təşkilatların informasiya mənbəyi rolunda çıxış edən müxalif dairələr bəzən belə sərt mövqelər sərgiləyəndə bunu öz adıyla çağırmağımıza qıcıq olurlar. Əgər Azərbaycanın rəsmilərindən Avropa Şurasının hər hansı bir nümayəndəsini qəbul etməmək, onu tanımamaq, yaxud da əməkdaşlıqdan imtina məsələsi gündəmə gələrsə, müxalifət dərhal kampaniyaya başlayar. O dəqiqə Azərbaycanla Qərb arasında konfrantasiya, ölkənin strateji kursunu dəyişməsi, xarici siyasətdə böyük qalmaqal və s. kimi təbliğat aparmağa başlayırlar. İndi biz deyə bilərikmi ki, bizim müxalif qüvvələr, hətta ən son ümidini bir protokol görüşünə bağlayırdılar, indi də onun da səmərəsizliyini dərg edirlər. Əgər belə olmasaydı, özünü qəbul etdirmək,mövqeyini nəzərə çatdırmaq da qeyri-realdır".
Z.Oruc onu da nəzərə çatdırıb ki, müxalifət hazırkı situasiyadan fərqli olaraq, Fransa prezidentinin Azərbaycana səfəri zaman onunla görüşdən sonra fərqli bir kampaniya aparırdı: «Olandla görüşdən sonrna müxalifət elə kampaniya apardı ki, guya fövqəladə hadisə baş verib. Fransa prezidentinin müxalifət nümayəndələri ilə görüşməsini isə rəsmi Parisin Azərbaycanda siyasi konfrantasiyadakı balansı necə görmək istədiyinin ifadəsi kimi qələmə verirdilər. Guya Fransa prezidenti kimlərlə görüşübsə, əsas qüvvə budur, yerdə qalanlara isə o qədər önəm verilmir. Halbuki bu da yanlışdır. Ona görə də mən müxalifətin bu imtina qərarlarını xarici təşkilatlara təzyiq siyasətinin tərkibi sayıram. Düşünürəm ki, Müsavatın, Milli Şuranın beynəlxalq təşkilatlarla görüşdən imtinası «bizi sayın" mesajıdır".
Bu barədə "Unikal"a açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov müxalifət nümayəndələrinin beynəlxalq təşkilatlarla görüşünün əhəmiyyətsiz olduğu qənaətindədir: «Bu, həmin partiyaların özlərinin seçimi və qərarlarıdır. Lakin beynəlxalq təşkilatlar da seçimi düzgün etmirlər. Ölkənin aparıcı siyasi qüvvələri, təşkilatlanmış strukturları olan siyasi partiyaları protokoldan kənarda qalır. Belə olan təqdirdə, beynəlxalq təşkilatlarla olan görüşlər əhəmiyyətini demək olar ki, itirir. Digər tərəfdən isə bu görüşlər görünür, heç bir məna və fayda vermir. Onsuz da beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin Bakıya gələn nümayəndələri hər iki düşərgənin, eləcə də cəmiyyətin mövqelərini çox gözəl bilirlər".
Qərib Gəraylı
Digər Xəbərlər
2024-12-27 12:40:12
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:19:21
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35