YAP-ın etibarlılıq nümunəsi
08:28 21-05-2014
CƏMİYYƏT
YAP-ın etibarlılıq nümunəsi
Prinsiplərin əsgəri yoxdursa məğlubiyyətin qaçılmazdır
Mətbuat vasitəsi ilə kifayət qədər çox izlədiyim məqamlardan biri və birincisi insanlarda bir-birinə inamın nə həddə olmasını və diqqətsizlik sindromunun nə qədər sürətlə yayılmasını aydınlaşdırmaqdı. Əslində aydınlaşdırılası bir şeylər də yoxdu. Çünki ölkədə bir az bullanıq ab-hava yaranan kimi nədənsə "bulanıq suda balıq tutmaq"- misalı qüvvədən düşür və görmək istədiklərimiz yox, görünməli olanlar aydınca görünür.
Məsələn, kim təsəvvür edərdi ki, hakimiyyətə yaxınlığı ilə seçilən və ya hakimiyyətin elə özündə təmsil olunan, hər cür maddi imkanlarla təmin olunmuş onlarla şəxs "Çİ" şəkilçisinin cazibəsi ilə Gülənçi olub? kim təsəvvür edərdi ki, illər boyu qiblə axtarışında olub,dar məqamda yaxasından xaç çıxan "beşinci kalon" elə ocağın başında imiş? Yəqin ki, bu tip suallar kifayət qədərdir və bu cür inamsızlığın mövcud olduğu bir mühitdə nümunələr axtarmaq daha maraqlı olardı. Hər zaman özüm-özümə bir sual verirəm ki, nədən iqtidar müxalifətdən həmdə güclüdür? Yəqin ki, kifayət qədər səbəblər saymaq olar. Məsələn, sosial baza baxımından, maddi resurslar baxımından və s və i a. Amma məncə bu gücün arxasında tamam başqa məqamlarda var və bunları son prezident seçkilərində daha qabarıq şəkildə gördüm. Bunlar nə idi?
- AXCP sədrinin müavini istefa verdi
- AXCP Müsavatı ittiham etdi
- Müsavat AXCP-ni suçladı
- Günahlandırdı, ittiham etdi, şantaj etdi və... Və aydın oldu ki, əslində müxalifət daxilində baş verənlər elə müxalifətin çöküşü və cəmiyyətdə onlara qarşı inamsızlığın artması ilə sonunclanır. Çox qəribədir ki, onda bir nəfərdə olsa müxalifət daxilindən kimsə tapılmadı ki, ümumilikdə müxalifətin maraqları naminə sona qədər bu yolu dəstəkləsin. Çünki firqəçilik marağı daha önə keçmişdi. Məhz bu məqam diqqətimi cəlb etdi və NƏDƏN HAKİMİYYƏT GÜCLÜDÜR? - sualına başqa aspektdən cavab verərdim.
Siyavuş Novruzov
nümunəsi
Siyavuş Novruzov YAP-ın ilk yaranmasında o zaman iştirak edən bir neçə gəncdən biri sayılırdı. Onda nə millət vəkili idi nə də millət vəkili kimi hansısa imtiyazları var idi. Amma bir yola çıxmışdı və bu yolun sonuna qədər getməsi əsas şərt idi. Söhbət Heydər Əliyevin əsgəri olmaqdan və YAP-ın hakimiyyətə gəlməsinə nail olmasından gedirdi. Əslində YAP-da ikinci dərəcəli məsələ idi və əsas ümidlər Heydər Əliyevin həmin dövrdə yenidən hakimiyyətə gəlməsinə nail olmaq idi. Əli Nağıyev, Fərəməz Maqsudov, Arif Rəhimzadə, Afiyyədin Cəlilov və onlarla, yüzlərlə tanınmış şəxs bu yolun yolçusuna çevrilmişdilər və kifayət qədər ciddi işlər görülürdü. O cümlədən Siyavuş Novruzovda hər zaman ön sırada dayanan simalardan biri idi. İllər ötdü,məqsədlərə nail olundu, dünənki Siyavuş Novruzov da artıq həminki deyil. YAP rəhbərliyi dəfələrlə dəyişdi, hakimiyyətdə təmsil olunan simalar zaman-zaman dəyişdi... Amma YAP-da Siyavuş Novruzovun timsalında prinsiplərindən əl çəkməyən bir təbəqə dəyişmədi ki, dəyişmədi. İlk gündən məqsəd nə idisə yenə də o məqsədlər öndə dururdu. Bu gün müxalifət mətbuatı Siyavuş Novruzovu ən sərt şəkildə tənqid edir, təhqir edir, bu sima isə bir addımda olsa geri çəkilmir və bir ittihamı belə cavabsız qoymur. Çünki bu ittihamları özünəyönəli ittiham kimi yox, qəbul etdiyi prinsiplərə yönəli ittiham kimi dəyərləndirir və prinsiplərinə sadiq qalır. Bəli, bu gün müxalifətdə problemli məsələ prinsiplərin tez-tez dəyişməsidir. Amma YAP-da Siyavuş Novruzov və onlarla simanın da bir nümunəsi var və onlar prinsipləri saniyəbə-saniyə qoruyurlar. Əslində bu gün müxalifətin addım başı Siyavuş Novruzovu təhqir etmələrinin də başlıca səbəbi onun PRİNSİPLƏRİNƏ SƏDAQƏTLİLİYİ ilə bağlıdır. Əslində bu gün YAP-da və ya ümumiyyətlə bir hakimiyyət düşərgəsində Siyavuş Novruzov kimi insanların olması nə deməkdir? İlk növbədə artıq 20 ildən çox bir zamanda bir şəxsin prinsiplərinə sədaqətli qalması bu prinsiplərin doğruluğunu təsdiqləyir. İkinci bir tərəfdən bu prinsiplərə sədaqətli qalmaq həmin prinsiplərin müəllifi olan bu hərəkatın liderinə, daha konkret desək Heydər Əliyevə və bu kursu davam etdirən İlham Əliyevə etibarlı olmaq deməkdir. İndi isə müxalifət düşərgəsinə baxaq. Bu hərəkatın aparıcı siması, lideri Əbülfəz Elçibəy idi və kifayət qədər konkret və sərrast prinsiplərlə çıxış edən lider idi. Bəs bu gün Əbülfəz Elçibəy prinsiplərinə müxalifət düşərgəsində olanlar sədaqətlilik nümayiş etdirirmi? Çox təəssüflər ki, yox. Çox təəssüflər ki, Heydər Əliyevə, İlham Əliyevə sonuna qədər inanan, onların prinsiplərini müdafiə edən Siyavuş Novruzov kimi, Əbülfəz Elçibəyə inanan, onun prinsiplərinə sadiq qalan müxalifətin öz Siyavuş Novruzovu yoxdur. Bax ən böyük problemlərdən biri də məhz budur. Hələ Əbülfəz Elçibəyin sağlığında belə ona müəllim deyənlər nədənsə sonra ustad olmaq fikrinə düşdülər və o andan Əbülfəz Elçibəy prinsiplərinə xəyanət başladı,bu indi də davam etməkdədir. Çoxları deyə bilər ki, bu gün Siyavuş Novruzov və ya digərləri hansısa maddi maraqlara görə öz prinsiplərinə və liderlərinə sadiqdirlər. Onda bir neçə sual vermək istəyirəm. Hələ Heydər Əliyev Naxçıvanda olan zaman, hər addımda real təhlükələrin olduğu bir zamanda nədən Siyavuş Novruzov, Əli Nağıyev, Eldar İbrahimov, Əli Həsənov, Sirus Təbrizli bir addımda olsa geri çəkilmirdilər? Nədən artıq müəyyən imkanlara sahib olanda belə onlar liderlərinə yenə də sadiq olaraq qaldılar? Axı Əbülfəz Elçibəy hakimiyyətə gələndə müxalifət düşərgəsində təmsil olunanlar müəyyən rıçaqlara sahiblənəndə Elçibəydən üz çevirdilər. Axı Elçibəy hakimiyyətinin ilk məqamlarında AXC-ni parçaladılar və yeni-yeni partiyalar yarandı; Elçibəy liderliyini bununlada sıradan çıxartdılar. Səyavuş Novruzov və digər simalar isə sonuna qədər çıxdıqları yola və prinsiplərə sadiq qaldılar.
Eldar İbrahimov
missiyası
Eldar İbrahimov bəlkədə yeganə millət vəkilidir ki, 22 illik jurnalistlik fəaliyyətimdə bir dəfə də olsa ondan müsahibə almamışam və nədənsə heç vaxt onunla üz-üzə belə görüşməmişəm. Amma hər zaman onun fəaliyyətini izləmişəm. Tək ona görə ki, ilk gündən çıxdığı yola sədaqətli olub. Heç vaxt nə daha artığını istəyib, nə də inandıqlarına zərrə qədərdə olsa şübhə ilə yanaşmayıb. Bu gün çox qəribə və maraqlı bir mənzərənin şahidi oluruq. Heydər Əliyevlə ilk gündən YAP-ı yaradan insanların hamısı son nəfəslərinə qədər prinsiplərinə, liderlərinə sadiq oldular. Hətta həbsxanalara atılan nazirlər, partiyadan kənarlaşdırılan şəxslər belə Heydər Əliyevə sədaqətliliklərini hər an sübut etmək üçün imkan aradılar. Bu hakimiyyətin uzunömürlülüyünün ən böyük sirridə məhz budur ki, sanki seçilmişlər bir araya gəlmişdi. O cümlədən Eldar İbrahimovda. Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi üçün aktiv siyasətə qoşulan və demək olar ki, həyatını riskə qoyanlardan biri olan Eldar İbrahimov yaşda və başda bir insanın bir dəfə də MƏN deyə EQOSUNA boyun əymədən prinsiplərinə sadiq qalması sadəcə olaraq qibtə olunası bir əlamətdi. Məncə bir hakimiyyətin, bir siyasi məktəbin davamlı,yaşarlı olması üçün belə sədaqət nümunələrinə,inamına ciddi ehtiyac var.
Bu gün müxalifət düşərgəsində Həsən Kərimov (bu insanlada şəxsi ünsiyyətim olmayıb),Nürəddin Məmmədli kimi prinsiplərinə sadiq qalan insanlarda var. Sadəcə olaraq YAP-dan fərqli olaraq onların səsləri nədənsə o düşərgədə eşidilmir. Məncə ən böyük problemlərdən biri də budur.
Gəlib-gedən vitrinlər
Bu yazıda əsas məqsədim hansı partiyanın güclü və ya zəif olmasını sübutlamaq deyildi. Əsas məqsədim sadəcə olaraq bir mübarizədə prinsiplərə,liderlərə inamın vacib olmasını bir daha göstərmək idi. Və bir məqamada xüsusi önəm vermək istəyirəm. Son zamanlar gözlənilmədən Gülənçilər olayı ortaya çıxdı, ABŞ-ın Azərbaycana təzyiqləri artdı və bir sözlə ölkənin gündəmində bir aktivlik müşahidə olundu. Belə hadisələr dəfələrlə təkrarlanıb. Və hər birində maraqlı bir məqam ortaya çıxır. Sakit dönəmdə efirlərdən, tribunalardan düşməyən,bu hakimiyyət haqqında az qala balladalar yazan,sinəsini cıranlar gərgin məqamlarda yoxa çıxırlar. Bax bu məqamda Ramiz Mehdiyev, Əli Həsənov, Səyavuş Novruzov, Eldar İbrahimov, bir sözlə illər öncə təzyiqlər altında yola çıxan simalar yenidən meydanda görünürlər və sözsüz ki, qələbə çələngi yenə prinsiplərinin başı üzərində olur. Məncə bu məqama xüsusi diqqət ayırmalı və dinc dövrün "generallarından" imtina edib, müharibə dövrünün bu "əsgərlərinə" diqqət ayırmalı və belə əsgərlərin sayının artmasına çalışmaq lazımdır.
Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdə verdiyi bir müsahibə yadıma düşdü. Müsahibədə deyirdi:-" Mən Naxçıvanda olanda Bakıda hakimiyyət Moskvanın tələbi ilə haqqımda ağılagəlməz kompaniya apartdırırdı. Mənim əleyhimə elə insanlar danışırdı ki, o insanlara mən vəzifədə olanda hər zaman kömək eləmişdim,onları mən qabağa çəkmişdim. Görünür onları yaxşı tanıya bilməmişdim".Amma bu dəfə Heydər Əliyev ətrafına buraxdığı insanları yaxşı tanıyıbmış. Çünki o illərdə olduğu kimi bu gündə həmin insanlar meydandadır və liderlərinə, prinsiplərinə sona qədər sadiqdirlər.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-27 12:19:21
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47