"AST Telman" yenidən çətin vəziyyətdə
08:29 21-05-2014
CƏMİYYƏT
"AST Telman" yenidən çətin vəziyyətdə
Azərbaycanlı məşhur iş adamı ilə bağlı müəmmalı açıqlama
Ötən il dünya mediasında yayılan şayiələrə görə, məşhur italyan aktrisası Monika Bellucci ərindən məhz T.İsmayılovla olan sevgi münasibətlərinə görə boşanmışdı.
Bildirilirdi ki, M.Bellucci "AST Telman" ləqəbli T.İsmayılovla 2009-cu ildə Antalyada "Mardan Palace" otelinin açılılışında tanış olub və o vaxtdan onunla görüşməyə başlayıb. Lakin T.İsmayılovun oğlu mətbuata açıqlamasında demişdi ki, atası bu şayiələri gülüşlə qarşılayıb.
Dünən isə məlum olub ki, Kann kinofestivalında iştirak edən Monika Bellucci maqazin mediasının onun şəxsi həyatına dair sualları ilə qarşılaşıb.
İtaliyanın maqazin mediasına istinadən xəbər verir ki, ötən il əri fransız aktyoru Vensan Kasseldən boşanan və hazırda subay olan M.Bellucciyə Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılovla sevişdiyi barədə çoxdandır dolaşan şayiələri xatırladıblar.
Jurnalistlər ondan yeni sevgilisinin Telman İsmayılov olub-olmadığını soruşublar. Bellucci isə bu şayiələrə münasibət bildirmək istəmədiyini, ancaq hazırda tək olduğunu, qızı ilə yaşadığını bildirib. Aktrisa deyib ki, sevgi onun həyatında həmişə başlıca rol oynayıb və yenidən sevməyə qarşı deyil. Hərçənd ki, aktrisa yenidən kimisə sevə biləcəyinə skeptik yanaşdığını da deyib. "Sevgi mənim həyatımda mühüm rol oynayır, ona görə də mən yenidən sevə bilərəm. Əslində niyə də olmasın? İndi hər şey dəyişib, hətta nənələr də vurulur" - deyə M.Bellucci bildirib.
Açıqlamada diqqəti çəkən məqam Belluccinin "AST Telman"la ilişkilərini təsdiq etməsə də, təkzib də etməmişdir. Onun məşhur azərbaycanlı iş adamı ilə bağlı münasibətləri barədə sualı cavabsız qoyması və yenidən sevə biləcəyinə dair müəmmalı sözləri Telman İsmayılovu pis vəziyyətdə qoya bilər. Söhbət ünlü biznesmenin ailəsində problemlərin ortaya çıxmaq ehtimalının yüksək olmasından gedir.
Maraqlıdır ki, son vaxtlar "AST Telman"ın dəbdəbəli əyləncələrdə iştirakı, onun belə mərasimlərin təşkil etməsi ilə bağlı xəbərlərə demək olar ki, rastlanmır. Halbuki ötən ilədək Telman İsmayılovun dünyanın məşhur musiqi və kino ulduzlarının iştirakı ilə təmtəraqlı, bahalı ziyafətlər təşkil etməsinə dair məlumatlara mütəmadi rast gəlinirdi.
Eyni zamanda iş adamının belə ulduzlara külli miqdarda xərc çəkməsi, onlara bahalı hədiyyələr verməsi haqqında da xəbərləri tez-tez oxumaq olardı.
Artıq bu cür informasiyaların intensivliyinin səngiməsi "AST Telman"ın bu cür vərdişlərindən uzaqlaşmasının işarəsi hesab edilə bilər. Görünür, Monika Belluci ilə ilişkilərinə dair məlumatlardan sonra Telman İsmayılov xüsusilə ailə içində müəyyən problemlər yaşayıb və bundan sonra gözəlliyi ilə göz qamaşdıran kino və musiqi ulduzlarından məsafə saxlamaq qərarına gəlib.
İsmayılovun məhz Bellucci ilə münasibətlərinə dair qalmaqallı xəbərlərdən sonra ulduz sənətçilərin iştirakı ilə dəbdəbəli əyləncə və istirahət məclisləri qurmaması da bu ehtimalı kifayət qədər gücləndirir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50